Rusiya-Azərbaycan sərhədində 30 ədəd mobil telefon aşkarlanıb

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı avtomobilə gömrük baxışı keçirilib. 

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobilə gömrük baxışı keçirilib. 

Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa buferinin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilən, 19 ədəd "Samsung Galaxy J1 mini", 5 ədəd "Samsung Galaxy J1" və 6 ədəd "Samsung Galaxy J3" markalı telefonlar, avtomobilin ön sağ təkərindən isə 30 ədəd "Samsung" markalı adapter aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31