“İlin icra başçısı” seçiləcək

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi "İlin başçısı 2016”sorğusunu reallaşdırmaq niyyətindədir. Bu barədə “OLAYLAR”-a məlumat verən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov sorğunun sırf maarifləndirici xarakter daşıdığı qeyd edib: "Bu tip sorğular demək olar ki, bütün Slavyan ölkələrində keçirilir.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi "İlin başçısı 2016"sorğusunu reallaşdırmaq niyyətindədir. Bu barədə "OLAYLAR"-a məlumat verən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov sorğunun sırf maarifləndirici xarakter daşıdığı qeyd edib: "Bu tip sorğular demək olar ki, bütün Slavyan ölkələrində keçirilir. Onlarda bu istiqamətdə çox yaxşı təcrübə var. Biz də bu təcrübədən yararlanmaq niyyətindəyik. ASGA olaraq bir neçə istiqamətdə sorğular keçirtmək niyyətindəyik. Bu sorğuda əsas məqsədimiz regionlarda gedən irimiqyaslı quruculuq işləri haqqında cəmiyyəti, xüsusən də, Vətəndaş cəmiyyətinin üzvlərini və media nümayəndələrini məlumatlandırmaqdan, regionlarımıza olan diqqəti artırmaqdan ibarətdir. Sorğu faktiki iqtisadi uğurların nəticəsi kimi dəyərləndirilməlidir". Sorğu QHT-nin rəsmi internet səhifəsiwww.AzSlav.org saytında həyata keçirilir. Səsvermələrə noyabr ayının sonunda dayandırılacaq və nəticələr açıqlanacaq. 1-ci yerdə qərarlaşan "İlin başçısı" nominasiyası üzrə qalib elan ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31