Bərdənin daha bir kəndinə təbii qaz verilib
Oktyabrın 21-də Bərdə rayonunun Mustafaağalı kəndinə təbii qazın verilişi bərpa edilib. “OLAYLAR”-ın xəbərinə görə, 645 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 65 619 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Həmçinin qeyd olunub ki, hazırda rayonun daha 3 kəndində-Lənbəran, Otuzikilər və Mollalı kəndlərində qazlaşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcək.
21 Oktyabr 2016 16:30 SosialOktyabrın 21-də Bərdə rayonunun Mustafaağalı kəndinə təbii qazın verilişi bərpa edilib. "OLAYLAR"-ın xəbərinə görə, 645 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 65 619 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Həmçinin qeyd olunub ki, hazırda rayonun daha 3 kəndində-Lənbəran, Otuzikilər və Mollalı kəndlərində qazlaşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcək.