Mosulda 550 ailə girov götürülüb
İŞİD terrorçuları Mosulda 550 ailəni girov götürüb və döyüşlərdə canlı sədd kimi istifadə edir.
21 Oktyabr 2016 16:02 DünyaİŞİD terrorçuları Mosulda 550 ailəni girov götürüb və döyüşlərdə canlı sədd kimi istifadə edir.
Azvision.az bildirir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının təmsilçisi Ravin Şamdasani deyib. O əlavə edib ki, hazırda BMT terrorçuların bir kəndin 40 dinc sakinini öldürməsi barədə məlumatları araşdırır.
Qeyd edək ki, bu gün İŞİD-in İraqın Kərkük şəhərində olan üzvləri səhər saatlarından şəhər mərkəzində təhlükəsizlik qüvvələrinə məxsus binalara hücum edib. Hücum nəticəsində onlarla insanın ölü olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31