"Qarabağ" - PAOK matçının ən yaxşısı SEÇİLDİ

Dünən axşam Avropa Liqasında "Qarabağ"- PAOK (2:0) qarşılaşmasının ən yaxşı futbolçusunu UEFA müəyyən edib. Bu, "ağdamlıların" oyunçusu Dani Kintanadır.

Dünən axşam Avropa Liqasında "Qarabağ"- PAOK (2:0) qarşılaşmasının ən yaxşı futbolçusunu UEFA müəyyən edib.

Bu, "ağdamlıların" oyunçusu Dani Kintanadır.

Milli.Az xəbər verir ki, oyunu yüksək səviyyədə başa vurduğu qarşılaşmada  ispan futbolçu ilk qolun da müəllifi olub.

Xatırladaq ki, Dani Kintana eyni zamanda UEFA-nın azarkeşlər arasında həftənin ən yaxşı oyunçusu adına sorğusunda əsas namizəddir. Bu dəqiqəyə qədər olan səsvermənin nəticəsinə görə, Dani Kintana səslərin 70%-ni toplamaqla birinci yerdə qərarlaşıb. Ən yaxın izləyicisi "Manchester United"in ulduz futbolçusu Pol Poqbadır. O, səslərin 7%-ni toplamağı bacarıb. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31