Gündəm

FHN Samuxdakı partlayışla bağlı məlumat yayıb

21 Oktyabr 2016 13:24

Samux rayonu, Aşağı Ağasıbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evdə yanğınla nəticələn partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə evin 1 otağının tavanı 3 m2 sahədə yanıb. Dağıntı olmayıb. Partlayış zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri alaraq yanğınsöndürənlər hadisə yerinə çatana kimi təcili yardım xidməti tərəfindən Gəncə Şəhər Xəstəxanasına aparılıblar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

DİN nazirlik əməkdaşının evində baş verən partlayışla bağlı məlumat yaydı

21 Oktyabr 2016 13:22

Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonunda nazirlik əməkdaşının yaşadığı evdə baş verən partlayış hadisəsi ilə bağlı məlumat yayıb. “Olaylar”xəbər verir ki, rəsmi məlumatda bildirilib ki, oktyabrın 20-də saat 06 radələrində Abşeron rayonunun Hökməli kəndində yaşayan Müşfiq Qurbanovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb, xəsarət almış M.Qurbanov, arvadı Şəbrur, qızları Leyla və Banuçiçək xəstəxanaya yerləşdirilib, Banuçiçək orada ölüb.Faktla bağlı araşdırmalar davam etdirilir.

Əmək yarmarkası keçiriləcək

21 Oktyabr 2016 13:20

Oktyabrın 28-də Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Bakı Turizm Peşə Məktəbinin əmək yarmarkası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq yarmarkada məqsəd tələbə və məzunların əmək bazarına inteqrasiyasına kömək göstərməkdir. Əmək yarmarkası “Karyerada ilk addım” devizi altında baş tutacaq.

“Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib

21 Oktyabr 2016 13:18

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Şuşa qrantı” əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib. Fondun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, müəllifləri Fəzayıl Vəilyev və Gülzadə Abdulova olan kitab-kataloqda ilk dəfə olaraq çöl-etnoqrafik materialları, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan foto-şəkillər əsasında XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri öz əksini tapıb.

Zakir Həsənov beynəlxalq konfransda iştirak edib 

21 Oktyabr 2016 13:15

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasında keçirilən "Gələcək Qüvvələr Forumu 2016"nın son günündə təşkil olunan beynəlxalq konfransda iştirak edib.

Qanunsuz ov edən 69 nəfərlə bağlı inzibati tədbirlər görülüb

21 Oktyabr 2016 13:13

Cari ilin 9 ayı ərzində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsinin (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) tələblərini pozaraq qeyri-qanuni ovla məşğul olduqlarına görə şəhər, rayon polis orqanları tərəfindən 69 nəfər barəsində inzibati tədbirlər görülüb.

Azərbaycanda həbs olunan Türkiyə vətəndaşı ölkəsinə təhvil veriləcək

21 Oktyabr 2016 13:11

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə cinayət törətdiyinə görə axtarışda olub Azərbaycanda həbs edilən Engin Said Dudunun məhkəmə prosesi keçirilib.

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

21 Oktyabr 2016 13:10

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-270, Kiçik Qafqazın çaylarında 140-320, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-200 faizini təşkil edir.

"Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər və əlavələr edilib

21 Oktyabr 2016 13:08

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 30 noyabr tarixli 489-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2007-ci il 19 dekabr tarixli 683 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Gəlin namizədlər oğlana görə bir-birlərini qırdılar - VİDEO

21 Oktyabr 2016 13:05

Türkiyədə yayımlanan evlilik verilişləri gündəmdən düşmək bilmir. Milli.Az "Cadde"yə istinadla bildirir ki, Esra Erolun aparıcılıq etdiyi izdivac verilişində gəlin namizədlər bəy namizədə görə bir-birlərini qırıblar.

Polisdən oğlunun yanında anaya qarşı ƏXLAQSIZ hərəkət - VİDEO

21 Oktyabr 2016 13:02

Amerikada polisin anaya etdiyi əxlaqsız hərəkət ölkənin gündəminə gəlib. Milli.Az Türkiyə mətbuatına istinadla bidirir ki, Amerikada polis qəzaya səbəb olan qadının əl-qolunu bağlayaraq onun üstünü yoxlayıb. Lakin polisin qadını yoxlamaq bəhanəsi ilə sinəsinə toxunması onu əsəbləşdirib. Qadın maşında uşağın olduğunu və belə hərəkətlərin onun psixologiyasına mənfi təsir etdiyini bildirib. Milli.Az videonu təqdim edir:

Bəzi yerlərdə yağış yağacaq

21 Oktyabr 2016 12:59

Oktyabrın 22-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir.

9 ayda 773 nəfər qidadan zəhərlənib

21 Oktyabr 2016 12:52

Bu ilin 9 ayında Azərbaycanda 773 nəfər qidadan zəhərlənib, 1 nəfər isə dünyasını dəyişib. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, ötən müddətdə 520 qida zəhərlənməsi hadisəsi baş verib. Hadisələrdən 29-u botulizmlə bağlı olub ki, onun da nəticəsində 34 nəfər zəhərlənib. Qida zəhərlənməsində 1 ölüm baş verib. Bu ilin sentyabrında Azərbaycanda 49 qida zəhərlənməsi baş verib, bunlardan 81 nəfər zərər çəkib. Sentyabrda 2 botulizm hadisəsi baş verib ki, bundan da 2 nəfər zəhərlənib. Qeyd edək ki, ötən ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan ərazisində 523 qida zəhərlənməsi hadisəsi, 746 nəfər zərərçəkən qeydə alınmışdı. Ötən ilin qeyd edilən ayları ərzində 13 botulizm hadisəsi nəticəsində 19 nəfər botulizmlə xəstələnib.

Səlim Müslümov vətəndaşları qəbul edib

21 Oktyabr 2016 12:50

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qobustan rayonunda bu rayonun və Şamaxı, Ağsu, İsmayıllı, Göyçay  rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

İŞİD terrorçuları Avropaya yönəlirlər

21 Oktyabr 2016 12:46

"İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsinə yönəlmiş əməliyyat Avropa üçün terror təhlükəsini daha da artırıb".