Gündəm

"Prokurorluq haqqında" qanunda dəyişikliklər edildi

21 Oktyabr 2016 12:44

Prezident İlham Əliyev "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 1999-cu il 24 dekabr tarixli 232 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Əli Kərimli İlqar Məmmədova necə uduzdu SİYASİ RAKURS

21 Oktyabr 2016 12:42

“Facebook” social şəbəkəsində aparılan sorğu nəticəsində AXCP sədri Əli Kərimli REAL hərəkatının sədri İlqar Məmmədova uduzub və maraqlısı da budur ki, “Əli Kərimli, yoxsa İlqar Məmmədov?” sualı altında keçirilən soğruda AXCP sədrinin “söyüş qrupları” və saxta profilləri belə onun dadına yetişməyib. Lakin maraqlı məqam budur ki, bənzər sorğu bir müddət əvvəl də keçirilmişdi və həmin sorğuda da eyni nəticə əldə olunmuşdu. Bu isə ilk növbədə belə deməyə əsas verir ki, Ə.Kərimli aşkar şəkildə İ.Məmmədovun qarşısında aciz durumdadır. Üstəlik, o azadlıqdadır, rəqibi isə həbsdə. Hətta həbsdə olmasına rəğmən, İ.Məmmədovun Ə.Kərimlini məğlub etməsi isə bəzi məqamları ortaya çıxarmış olur.

Mosulun məsulu kimdir?

21 Oktyabr 2016 12:31

Savaş yeni savaş vəd edir Mosul uğrunda savaş İŞİD-ə qarşı ən böyük və ən mürəkkəb əməliyyatdır. İŞİD terrorçuları şəhərdə səngərlər qazır, uzunmüddətli müdafiə məkanları hazırlayır, barrikadalar ucaldır, müqavimət qovşaqlarına aparan yolların hamısını minalayırlar.

Lukaşenko AÇIQLADI: "Belarus lI Avropa Oyunlarını keçirməyə hazırdır"

21 Oktyabr 2016 12:27

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin 2019-cu ildə lI Avropa Oyunlarını keçirməyə hazır olduğunu deyib.

Hadisə "yoxa çıxdı"

21 Oktyabr 2016 12:25

Türkiyənin məşhur müğənnisi Hadisə bacısına görə ağır günlər keçirir. "O ses Türkiye"nin çəkilişləri zamanı müğənninin yanına müqaviləsini pozduğu reklam şirkətinin nümayəndələri gəliblər. Onlar bildiriblər ki, əgər söylənilən məbləği ödəməsə, onun evindəki əşyaları müsadirə olunacaq. 

İtaliya baş naziri Rusiyanı xilas etdi

21 Oktyabr 2016 12:22

Avropa İttifaqının Rusiya Federasiyasına yeni sanksiyalar tətbiq etməməsinin səbəbkarı İtaliyanın baş naziri Matteo Renzidir.

"Poçt haqqında" qanunda dəyişiklik edildi

21 Oktyabr 2016 12:21

Prezident İlham Əliyev "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 316-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

WikiLeaks indi də Obamanın yazışmalarını yaymağa başladı

21 Oktyabr 2016 12:19

WikiLeaks saytı indi də ABŞ prezidenti Barak Obamanın yazışmalarını yaymağa başlayıb.

Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək

21 Oktyabr 2016 12:17

Oktyabrın 22-30-da tarixində Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu tərəfindən Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, festivalda Braziliya, Gürcüstan, İsveç, İspaniya, Fransa, Avstriya, Türkiyə, İtaliya, Norveç, Niderland, Almaniya, Macarıstan, Litva, Yaponiya və Kolumbiyadan olan məşhur musiqiçilərin iştirakı nəzərdə tutulub.

“AtaSığorta”nın aktivlərinin həcmi artıb

21 Oktyabr 2016 12:16

“AtaSığorta” ASC 2016-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkətdən “OLAYLAR”-a daxil olan məlumata görə, cari ilin 9 ayı ərzində şirkətin ümumi sığorta yığımları 8,0 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 6,4 % artıb. AtaSığorta 2016-cı ilin 9 ayı ərzində 2,5 milyon manatdan artıq sığorta ödənişi həyata keçirib. Şirkətin nizamnamə kapitalı 12.4 milyon manat olmaqla, aktivlərinin ümumi həcmi isə 35,0 milyon manat həcmindədir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə şirkətin aktivlərinin ümumi həcmi 25,1 % artıb. “AtaSığorta” ASC-nin 2016-cı ilin 9 ayı üzrə balans mənfəəti 1,8 milyon manat təşkil edib. "AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir.

“Al-Əlvan Qarabağ” adlı şüşə üzərində rəsm sərgisi təşkil olunub

21 Oktyabr 2016 12:14

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Virtual Qarabağ” İKT Mərkəzi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, “ZƏKA” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi, “Sağlam Düşüncə” Gənclər Təşkilatı, IB Club Gənclərin İnkişaf Mərkəzi və “Park Bulvar” AVM-in təşkilatçılığı ilə Qarabağ xalçaçılıq məktəbinin ənənələrini yaşatmaq və gənc nəslə aşılamaq məqsədilə həyata keçirilən “Al-Əlvan QARABAĞ” şüşə üzərində rəsm sərgisi layihəsi çərçivəsində Binəqədi rayonu Gənclər evinin Sərgi qalereyasında növbəti sərgi təşkil olunub.

“Məktəb seminarları” layihəsi çərçivəsində növbəti təlim-seminar keçirilib

21 Oktyabr 2016 12:13

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində ikinci təlim-seminar Xəzər rayonunda təşkil olunub.

Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri artırılır

21 Oktyabr 2016 12:11

Parlamentin “Məhkəmələr və hakimlər haqqında” qanuna əlavə və dəyişikliklər edəcəyi gözlənilir. Məlumata görə, sözügedən qanunun 43 və 61-ci maddələrinə ediləcək əlavə və dəyişikliyə görə, inzibati-iqtisadi və apellyasiya məhkəmələrinin ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunacaq. Layihə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub. Sənədin MM-in oktyabrın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacğı nəzərdə tutulur. 

Küveytdəki azərbaycanlılar ermənilərə meydan oxuyur

21 Oktyabr 2016 12:06

Küveytin ən nüfuzlu univetsitetlərindən biri olan Küveyt Dövlət Universitetində Azərbaycanla bağlı konfrans keçirilib. “OLAYLAR”-ın Küveytdəki Azərbaycan diasporunun rəhbəri Könül Hacızadəyə istinadən verdiyi xəbərə görə, konfransda Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşı Mirdavud Sultanov da iştirak edib: “Universitetin tələbə və müəllimləri ilə yanaşı, Təhsil Nazirliyinin nümayəndələri də konfransda iştirak edib.