“Al-Əlvan Qarabağ” adlı şüşə üzərində rəsm sərgisi təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Virtual Qarabağ” İKT Mərkəzi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, “ZƏKA” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi, “Sağlam Düşüncə” Gənclər Təşkilatı, IB Club Gənclərin İnkişaf Mərkəzi və “Park Bulvar” AVM-in təşkilatçılığı ilə Qarabağ xalçaçılıq məktəbinin ənənələrini yaşatmaq və gənc nəslə aşılamaq məqsədilə həyata keçirilən “Al-Əlvan QARABAĞ” şüşə üzərində rəsm sərgisi layihəsi çərçivəsində Binəqədi rayonu Gənclər evinin Sərgi qalereyasında növbəti sərgi təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "Virtual Qarabağ" İKT Mərkəzi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, "ZƏKA" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi, "Sağlam Düşüncə" Gənclər Təşkilatı, IB Club Gənclərin İnkişaf Mərkəzi və "Park Bulvar" AVM-in təşkilatçılığı ilə Qarabağ xalçaçılıq məktəbinin ənənələrini yaşatmaq və gənc nəslə aşılamaq məqsədilə həyata keçirilən "Al-Əlvan QARABAĞ" şüşə üzərində rəsm sərgisi layihəsi çərçivəsində Binəqədi rayonu Gənclər evinin Sərgi qalereyasında növbəti sərgi təşkil olunub. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Gənclər və İdman Nazirliyinin yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, layihə rəhbəri - "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin baş direktoru Güllü Atakişiyeva, gənc rəssamlar iştirak ediblər. Çıxışlardan sonra şüşə üzərində Qarabağ xalçaları təsvir olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Ümumilikdə sərgidə 25 əsər nümayiş olunub. Sərginin sonunda daha çox bəyənilmiş ilk üç əsərin müəllifi plaketlə, digər müəlliflər isə sertifikatlarla təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31