Gündəm
Arzu Rəhimov Abşeronda vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Abşeron rayonu Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Abşeron və Qubadlı rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.
Ermənilər atəşkəs rejiminə əməl etmir
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 28 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
İllərin ayrılığından sonra Naxçıvanı belə gördüm...
"Kimsə deyə bilərmi ki, Heydər Əliyev idarəçiliyi Naxçıvanda tək Vasif Talıbova öyrətmək istəyirdi?!"
Rusiyada axtarışda olan Bakıda saxlandı
Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Azərbaycanda tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olan Rusiya vətəndaşı Taleh Qurbanov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olan Rusiya vətəndaşı Taleh Qurbanov saxlanılıb.
Bayram Səfərov: “Həmsədrlər bizimlə görüşə bilərlər”
"ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri hamanı "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi ilə görüş keçirmələri istisna deyil ".
Akif Çovdarovun işi üzrə zərərçəkmiş kimi tanınan şəxsin məhkəməsində iki nəfər şikayətini geri götürüb - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Xorvatiya prezidenti: "Azərbaycanla münasibətlər Avropa üçün xüsusi əhəmiyyət kəsb edir"
"Enerji təhlükəsizliyinin təmin olunması da daxil olmaqla, Avropa İttifaqı (Aİ) hazırda bir sıra çağırışlarla üzləşir". "APA-Economics" xəbər verir ki, bunu Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç "Casppian Energy" jurnalına müsahibəsində bildirib.
Rəqsanədən boşanma xəbərlərinə münasibət
Müğənni Rəqsanə İsmayılova boşanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Axşam.az-ın məlumatına görə, sənətçinin həyat yoldaşının üzü görünməyən formada çəkilən şəkillərini İnstaqramdan silməsi iddia olunmuşdu.
Politoloq: “Azərbaycan nə Qərbi, nə də Rusiyanı qıcıqlandırmaq istəmir”- AÇIQLAMA
“Cənab Prezident İlham Əliyev Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü barəsində gedən söz – söhbətlərə aydınlıq gətirib. Bu məsələ tez – tez Rusiyanın ayrı – ayrı KİV-ləri tərəfindən qaldırılır. Aydın məsələdir ki, Azərbaycan nə Qərbi, nə də Rusiyanı qıcıqlandırmaq istəmir. Xarici siyasətimiz manevrlər əsasında davam etməkdədir”. BunuSİA-ya politoloq Zaur Məmmədov deyib.
Uşaq bağçaları özəlləşdirilir?
Məktəbəqədər təhsil müəssisələrinin pullu olması, özəlləşdirilməsi və ödəniş haqqının maksimum 500 manat olması təklif edilir. Bu təklif Milli Məclisin Elm və təhsil komitəsinin dünənki iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı səsləndirilib.
ABŞ hərbçisi İraqda öldü
ABŞ hərbçisi İraqın şimalında baş verən partlayış nəticəsində həyatını itirib. Axar.az bildirir ki, bu barədə Pentaqon məlumat yayıb. Hadisənin digər təfərrüatı barədə məlumat verilməyib.
Kürdlər "Mosul şərti"ni açıqladılar
İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin silahlı birləşmələri olan "peşmərgə"lər Mosul şəhərinin daxilində gedəcək döyüşlərə qatılmaq niyyətində deyillər. Lakin İraq ordusu şəhərdəki İŞİD-in öhdəsindən gələ bilməsə, kürdlər döyüşlərə qatılacaqlar.
Müharibə başlayır? - Rusiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi
Rusiya Şərqi Hərbi Dairəsinin Kuril adalarındakı qoşunlarının döyüş hazırlığı səviyyəsinin yoxlanılmasına başlanılıb. Olaylar.az azvision.az-a istinadən bildirir ki, bu barədə dairənin mətbuat xidmətinin rəisi polkovnik Aleksandr Qordeyev deyib.
Türkiyədən PKK-ya hava zərbələri: 18 terrorçu məhv edildi
Türkiyə Hərbi Hava Qüvvələri İraqda PKK terror təşkilatının mövqelərinə zərbələr endirib. Olaylar.az Trend-ə istinadən bildirir ki, antiterror əməliyyatları çərçivəsində Çukurcada 12, Avaşin Basyanda isə 6 terrorçu zərərsizləşdirilib.














