Müharibə başlayır? - Rusiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

Rusiya Şərqi Hərbi Dairəsinin Kuril adalarındakı qoşunlarının döyüş hazırlığı səviyyəsinin yoxlanılmasına başlanılıb. Olaylar.az azvision.az-a istinadən bildirir ki, bu barədə dairənin mətbuat xidmətinin rəisi polkovnik Aleksandr Qordeyev deyib. 

Rusiya Şərqi Hərbi Dairəsinin Kuril adalarındakı qoşunlarının döyüş hazırlığı səviyyəsinin yoxlanılmasına başlanılıb.

Olaylar.az azvision.az-a istinadən bildirir ki, bu barədə dairənin mətbuat xidmətinin rəisi polkovnik Aleksandr Qordeyev deyib. 

"Dairə qərargahının komissiyası Şərqi Hərbi Dairəsinin Kuril adalarında yerləşən hərbi hissələrinin yoxlanışına başlayıb. Yoxlama çərçivəsində adalardakı hərbi hissələr yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib", - deyə Qordeyev bildirib. 

Təlimlər planına əsasən, "Qrad" reaktiv yaylım sistemlərindən dəniz hədəflərinə döyüş atışlarının həyata keçirilməsi və "Orlan" tipli pilotsuz uçan aparatlardan istifadə edilməsi nəzərdə tutulub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31