“AtaSığorta”nın aktivlərinin həcmi artıb

“AtaSığorta” ASC 2016-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkətdən “OLAYLAR”-a daxil olan məlumata görə, cari ilin 9 ayı ərzində şirkətin ümumi sığorta yığımları 8,0 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 6,4 % artıb. AtaSığorta 2016-cı ilin 9 ayı ərzində 2,5 milyon manatdan artıq sığorta ödənişi həyata keçirib. Şirkətin nizamnamə kapitalı 12.4 milyon manat olmaqla, aktivlərinin ümumi həcmi isə 35,0 milyon manat həcmindədir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə şirkətin aktivlərinin ümumi həcmi 25,1 % artıb. “AtaSığorta” ASC-nin 2016-cı ilin 9 ayı üzrə balans mənfəəti 1,8 milyon manat təşkil edib. "AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir.

"AtaSığorta" ASC 2016-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkətdən "OLAYLAR"-a daxil olan məlumata görə, cari ilin 9 ayı ərzində şirkətin ümumi sığorta yığımları 8,0 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 6,4 % artıb. AtaSığorta 2016-cı ilin 9 ayı ərzində 2,5 milyon manatdan artıq sığorta ödənişi həyata keçirib. Şirkətin nizamnamə kapitalı 12.4 milyon manat olmaqla, aktivlərinin ümumi həcmi isə 35,0 milyon manat həcmindədir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə şirkətin aktivlərinin ümumi həcmi 25,1 % artıb. "AtaSığorta" ASC-nin 2016-cı ilin 9 ayı üzrə balans mənfəəti 1,8 milyon manat təşkil edib. "AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31