Zakir Həsənov beynəlxalq konfransda iştirak edib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasında keçirilən "Gələcək Qüvvələr Forumu 2016"nın son günündə təşkil olunan beynəlxalq konfransda iştirak edib.
21 Oktyabr 2016 13:15 SiyasətAzərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasında keçirilən "Gələcək Qüvvələr Forumu 2016"nın son günündə təşkil olunan beynəlxalq konfransda iştirak edib. "OLAYLAR"-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, müxtəlif sahələrdən olan mütəxəssislərin də iştirak etdiyi konfransda son texnoloji nailiyyətlər, müasir tədqiqatların nəticələri, inkişaf perspektivləri, gələcəkdə keçirilə biləcək hərbi əməliyyatlar və təhlükəsizlik tədbirləri, həmçinin kibertəhlükəsizlik, təhdidlər və çağırışlara dair məsələlər müzakirə edilib.