9 ayda 773 nəfər qidadan zəhərlənib

Bu ilin 9 ayında Azərbaycanda 773 nəfər qidadan zəhərlənib, 1 nəfər isə dünyasını dəyişib. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, ötən müddətdə 520 qida zəhərlənməsi hadisəsi baş verib. Hadisələrdən 29-u botulizmlə bağlı olub ki, onun da nəticəsində 34 nəfər zəhərlənib. Qida zəhərlənməsində 1 ölüm baş verib. Bu ilin sentyabrında Azərbaycanda 49 qida zəhərlənməsi baş verib, bunlardan 81 nəfər zərər çəkib. Sentyabrda 2 botulizm hadisəsi baş verib ki, bundan da 2 nəfər zəhərlənib. Qeyd edək ki, ötən ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan ərazisində 523 qida zəhərlənməsi hadisəsi, 746 nəfər zərərçəkən qeydə alınmışdı. Ötən ilin qeyd edilən ayları ərzində 13 botulizm hadisəsi nəticəsində 19 nəfər botulizmlə xəstələnib.

Bu ilin 9 ayında Azərbaycanda 773 nəfər qidadan zəhərlənib, 1 nəfər isə dünyasını dəyişib. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, ötən müddətdə 520 qida zəhərlənməsi hadisəsi baş verib. Hadisələrdən 29-u botulizmlə bağlı olub ki, onun da nəticəsində 34 nəfər zəhərlənib. Qida zəhərlənməsində 1 ölüm baş verib. Bu ilin sentyabrında Azərbaycanda 49 qida zəhərlənməsi baş verib, bunlardan 81 nəfər zərər çəkib. Sentyabrda 2 botulizm hadisəsi baş verib ki, bundan da 2 nəfər zəhərlənib.

Qeyd edək ki, ötən ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan ərazisində 523 qida zəhərlənməsi hadisəsi, 746 nəfər zərərçəkən qeydə alınmışdı. Ötən ilin qeyd edilən ayları ərzində 13 botulizm hadisəsi nəticəsində 19 nəfər botulizmlə xəstələnib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31