Azərbaycanda həbs olunan Türkiyə vətəndaşı ölkəsinə təhvil veriləcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə cinayət törətdiyinə görə axtarışda olub Azərbaycanda həbs edilən Engin Said Dudunun məhkəmə prosesi keçirilib.
21 Oktyabr 2016 13:11 SosialBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə cinayət törətdiyinə görə axtarışda olub Azərbaycanda həbs edilən Engin Said Dudunun məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin ölkəsinə ekstradisiya olunması haqqında qərar verilib.
Qeyd edək ki, 32 yaşlı Türkiyə vətəndaşı Engin Said Dudu xaricə getmək istəyərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. O, Türkiyə Cinayət Məcəlləsinin 7 maddəsi ilə axtarışda olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31