Gündəm

Çovdarovun məhkəməsində qalmaqal: "Bu adam minlərlə baş kəsib..."

31 Oktyabr 2016 16:00

Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və onun tabeliyində olmuş idarə rəislərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasını keçirməyə növbəti dəfə cəhd olunub.

Demokratiya ABŞ-ın “kəsərli silahı”na çevrilib

31 Oktyabr 2016 15:59

Saxta seçkilərin məkanı dünyaya irad bildirir Noyabrın 8-də ABŞ-da növbəti - 58-ci prezident seçkiləri keçiriləcək. Artıq prezident seçkiləri öncəsi təbliğat kampaniyası çərçivəsində baş verənlər bu ölkə mediasında və beynəlxalq mətbuatda ciddi müzakirə predmetinə çevrilib.

Yaponiyalıların Azərbaycan sevgisi bir başqadır

31 Oktyabr 2016 15:57

Əlibəy Məmmədov: “Azərbaycan Cənubi Qafqaz regionunda Yaponiya üçün ən stabil və ən etibarlı tərəfdaş rolunu oynayan bir dövlət kimi qəbul edilir” Müstəqilliyimizdən ötən 25 ili ərzində Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində dünyanın bütün ölkələri ilə demək olar ki, normal münasibətlər qurulub, qarşılıqlı əlaqələr inkişaf etdirilib. Belə ölkələrdən biri də gündoğar ölkə sayılan Yaponiyadır. Xüsusilə həyata keçirilən rəsmi səfərlər bu əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verir.

Meyvə ixracatını necə artırmaq olar?

31 Oktyabr 2016 15:54

Rövşən Ağayev: “Məhsuldarlığın aşağı olması da ciddi problemdir” Ötən ilin sonlarından neftin qiymətlərində baş verən ciddi dəyişikliklər hər bir neft ixrac edən ölkə kimi Azərbaycanda da qeyri-neft sektorunun inkişaf etdirilməsinə diqqəti daha da artırdı. Xüsusilə qeyri-neft sektorunda kənd təsərrüfatınıın inkişafı prioritet vəzifələrdən birinə çevrildi. Kənd təsərrüfatının inkişafı istiqamətində əsas diqqət yetirilməli olan sahə isə meyvəçilikdir. Məlumdur ki, Azərbaycanda meyvəçiliyin inkişafı hər zaman yüksək potensiala malik olub və uzun illər ölkəmiz qonşu Rusiyanı meyvə ilə təmin edib. Demək olar ki, ilin bütün fəsillərində Rusiya bazarlarını meyvə ilə təmin edən Azərbaycanda son illər bu istiqamətdə bir geriləmə müşahidə edilir desək yanılmarıq. Bunun bir səbəbi əvvəlki illərə nisbətən Azərbaycanda əhalinin sayının artması və daxili tələbatın ödənilməsinə əsas diqqətin yetirilməsidirsə, digər səbəbi fermerlərin meyvəçiliyin inkişaf etdirilməsinə yetərli qədər diqqət ayırmamasıdır.

Seçici hüquqlarının pozulduğu ölkə

31 Oktyabr 2016 15:51

Birləşmiş Ştatlarda bir qayda olaraq yanvar ayından başlanan seçki prosesinin artıq böyük bir mərhələsi geridə qalıb. Hazırda davam edən seçki prosesi müddətində Demokratlarla Respublikaçılar arasında gərgin mübarizə gedir. Son günlərin nəticələrinə diqqət yetirdikdə namizədlərdən hər ikisinin-Donald Tramp və Hillari Klintonun bərabər irəlilədiyi aydın olur. Ancaq bəzi ştatlarda Demokratların namizədi Hillari Klintonun Trampdan bir qədər öndə olduğu görünür. Buna təsir edən amillərdən biri də Prezident Barak Obamanın Trampa qarşı kampaniyaya qoşulmasıdır.

Dindarlaşma dini radikalizm üçün şərait yaradır

31 Oktyabr 2016 15:50

Mehman İsmayılov: “Sünni-şiə uzlaşmasının ən yüksək səviyyədə olduğu tək ölkə Azərbaycandır” Müsahibimiz Ilahiyyat uzrə fəlsəfə doktoru Mehman Ismayilovdur. -Mehman müəllim, insanın dinə bağlılığı nədən qaynaqlanır, dinin insan həyatındakı rolu nədən ibarətdir? 

3 qardaşı bıçaqlayan 4 nəfər tutulub

31 Oktyabr 2016 15:47

Sumqayıt polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Nəbi Qarayevə bıçaqla xəsarət yetirməkdə, qardaşları Miri və İmranı döyməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Röyal Səfərov, Ehtiram Əliyev, Pərviz Quliyev və Bakı şəhər sakini Fərid Əsgərov tutulublar. DİN-dən verilən məlumata görə, aparılmış əməliyyat tədbirləri ilə onların iyulun 25-də Sumqayıt şəhər sakini Ziyafət Novruzova bıçaqla az ağır zərər yetirmələri, 2013-cü il noyabrın 4-də Əflatun Seyidova qarşı xuliqanlıq etmələri, ötən il dekabrın 12-də Babək Allahverdiyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaları, habelə yanvarın 22-də Röyal Səfərovun münaqişə zəminində Fərid Əsgərova bıçaqla xəsarət yetirməsi də müəyyən edilib.

Güləşçilərimiz Dağıstandan 4 medalla qayıdıb

31 Oktyabr 2016 15:45

Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandanın üzvləri 4 bürünc medala sahib olub. Yığmamızı təmsil edən güləşçilərdən Ənvərbəy Dalqatov (65 kq), Məhəmməd Abdullayev (74 kq), Əli İsayev və Umar İsrailov (hər ikisi 125 kq) fərqlənib. Onların hamısı bürünc medal qazanıb. 65 kq-da mübarizə aparan Davud İbrahimov isə 5-ci yerdə qərarlaşıb.

İstiqlal Muzeyinin ekspozisiyasında sərgi-tədbir keçiriləcək

31 Oktyabr 2016 15:43

Noyabrın 2-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihə çərçivəsində cari ilin aprel döyüşlərində həlak olan polkovnik Vüqar Yusifova həsr olunmuş sərgi-tədbir keçiriləcək.

Əbülfəs Qarayev Misirə gedib

31 Oktyabr 2016 15:42

Misir Ərəb Respublikasının Luksor şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü Sessiyası öz işinə başlayıb. Mədəniyyət ə Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

“Qarabağ”ın baş məşçisi Bakı Ali Neft Məktəbində 

31 Oktyabr 2016 15:40

Bakı Ali Neft Məktəbində “Qarabağ” Azərbaycan futbol klubunun baş məşqçisi Qurban Qurbanovla görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, BANM-in rektoru Elmar Qasımov Q.Qurbanovun idman karyerasından və başçılıq etdiyi komandanın uğurlarından danışıb, klubun daşıdığı adın hər bir azərbaycanlı üçün əziz olduğunu vurğulayıb.

Komitə sədri: “İşsizliyin aradan qaldırılması diqqət mərkəzində saxlanılır”

31 Oktyabr 2016 15:38

“Hər bir ölkədə uğurlu iqtisadi inkişafın səmərəliliyi ilk növbədə sosial sferanın adekvat şəkildə diqqət mərkəzində saxlanılması ilə ölçülür. Bu mənada qeyd edə bilərik ki, Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır”.

DAA-nın yeni nümayəndəlikləri yaradılıb

31 Oktyabr 2016 15:39

Dünya Azərbaycanlıları Assambleyasının yeni nümayəndəlikləri yaradılıb. DAA-nın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qurumun Prezidenti Rəşad Quliyevin sərəncamı ilə həmçinin Dünya Azərbaycanlıları Assambleyası Gənclər Təşkilatı yaradılıb və təşkilata Danimarakada yaşayan Nigar Mobarəki təyin olunub. DAA rəhbərinin digər sərəncamı ilə assambleyanın Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov DAA-nın Şərqı və Orta Asiya üzrə Vite - prezident təyin edilib. Bundan başqa Raqif Hüseynov DAA-nın Macarıstan, Aqil Vəliyev İsveç, Adilə Yusif isə Malta nümayəndəliyinin rəhbəri təyin olunub.

Tramp seçiciləri ikinci dəfə səs verməyə çağırdı- SAXTAKARLIQ

31 Oktyabr 2016 15:35

ABŞ-ın Respublikaçılar partiyasından prezidentliyə namizədi Donald Tramp özünü “skeptik” adlandıraraq, tərəfdarlarını ikinci dəfə səs verməyə çağırıb. SİA xəbər verir ki, bu barədə “Miami Herald” nəşri yazır.

Kürdüstan dövlətinin yaranması bölgə dövlətlərinin marağında deyil” - ŞƏRH

31 Oktyabr 2016 15:33

“Bölgədə bir kürd qurumu - yüksək statuslu Şimali İraq Kürd idarəetməsi mövcuddur. İkinci belə bir muxtar qurumun, xüsusilə də Kürdüstan dövlətinin yaranması, baş verən proseslərdə aktiv rol alan bölgə dövlətlərindən heç birinin marağına cavab vermir”. Bunu SİA-ya açıqlamasında Kürdüstan dövlətinin yarana bilmə ehtimalını şərh edən siyasi şərhçi Vüqar Zifəroğlu deyib.