Gündəm

Ermənistan hakimiyyətinə alternativ var Artsrun Pepyanyan

31 Oktyabr 2016 15:30

Ermənistan hökumətinin “yeni proqramı” təsdiq olunub. Amma bir sıra erməni ekspertləri bu proqramdan hər hansı bir müsbət nəticənin əldə edilməyəcəyini vurğulamaqdadırlar. SİA xəbər verir ki, eyni düşüncə ilə siyasi publisist Artsrun Pepyanyan Ermənistanın birinci kanalına (1in.am) müsahibəsindəki fikirlərində qeyd edib.

Televiziya proqramlarının monitorinqinə başlanılır

31 Oktyabr 2016 15:28

AMEA Nəsimi adına Dilçilik İnstitutu ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqini aparacaq.

Rusiyanın Suriyadakı bazaları anti-terror əməliyyatı keçirməyə kifayət edir

31 Oktyabr 2016 15:24

"Hmeymimdə və Tartusdakı Rusiya hərbi bazaları Suriyada anti-terror əməliyyatları keçirməyə kifayət edir".

Azərbaycanın Gənc Dostları Klubu”nun geniş sosial bazası  formalaşıb

31 Oktyabr 2016 15:21

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin www.youngfriends.az saytına istinadən Birliyin üzvü-Almaniyanın Humboldt Universitetinin məzunu  Yohannes Şnellenin ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir.

ADU- da “Milli adət- ənənələrimizi yaşadaq” adlı təşəbbüs

31 Oktyabr 2016 15:19

Noyabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) “ Milli adət- ənənələrimizi yaşadaq” adlı tədbir keçiriləcək. ADU- nun tədris işləri üzrə prorektoru Əfqan Abdullayevin bu təşəbbüsü universitet rəhbərliyinin I kurs tələbələri ilə görüşündə müzakirə olunub və rəğbətlə qarşılanıb. Tədbirin keçirilməsində məqsəd tələbələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların soy-kökümüz və milli adət-ənənələrimizə bağlılığının daha da möhkəmləndirilməsi, milli irsimizin təbliğ edilməsidir. Bu məqsədlə qərara alınıb ki, hər ayın bir günü universitetin I kurs tələbələri könüllü olaraq dərsə milli geyimdə və ya milli geyimin hər hansı bir elementini əks etdirən tərzdə gəlsinlər.

Gənclər üçün seminar keçirilib

31 Oktyabr 2016 15:17

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub. Seminarda 80-ə yaxın gənc iştirak edib.

ADU-nun rəhbərliyi universitetin professor-müəllim heyəti ilə görüşdü

31 Oktyabr 2016 15:14

Oktyabrın 29-da Azərbaycan Dillər Universitetində (ADU) universitet rəhbərliyinin professor-müəllim heyəti ilə görüşü keçirildi.

Məcid Rəsulovun 100 illiyi qeyd olunub

31 Oktyabr 2016 15:12

Dünya şöhrətli riyaziyyatçı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məcid Rəsulovun anadan olmasının 100 illiyi doğulduğu Şəki şəhərində təntənə ilə qeyd olunub.

Netanyahu yaxın 3 ay ərzində Azərbaycana səfər edəcəyini açıqlayıb

31 Oktyabr 2016 15:09

İsrailin baş naziri Benyamin Netanyahu növbəti 3 ay ərzində Azərbaycana səfər edəcək. APA-nın yerli “Homadia” saytına istinadən verdiyi məlumata görə, bu barədə o, ötən gün Nazirlər Kabinetinin iclası zamanı deyib.

Kərə yağı və şirniyyat qutularının içərisində siqaret keçirmək istədi

31 Oktyabr 2016 15:08

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonunun tavan hissəsindən və nəqliyyat vasitəsindəki kərə yağı və şirniyyat qutularının içərisindən gömrük nəzarətindən gizlədilən 6060 ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri mükafatlandırılıb

31 Oktyabr 2016 15:06

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, doktorİsmail Seragəldin Bolqarıstan Prezidentinin mükafatı ilə təltif olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Bolqarıstan Respublikası Prezident sarayında Prezident Rosen Plevneliev, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, NGBM-in Baş katibi Rövşən Muradov, Azərbaycan və Misirin Bolqarıstandakı səfirlərinin iştirakı ilə mükafatın təqdimat mərasimi keçirilib. Bolqarıstan Prezidenti Rosen Plevneliev doktor İsmail Seragəldinin NGBM-in həmsədri kimi göstərdiyi önəmli fəaliyyətini vurğulayıb. İsmail Seragəldin Sofiya Universitetinin Fəxri Doktorluq Diplomu ilə də təltif edilib.

Ermənistana ultimatum verilməlidir

31 Oktyabr 2016 15:04

“Necə edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə “mərhələli həll” planı işə düşsün və ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılsın? Düşmən aprel döyüşlərindən və verdiyi itkilərdən nəticə çıxarmadı. Danışıqlarla da alınmır”.

7 ədəd mobil telefon aşkar edilib

31 Oktyabr 2016 15:02

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz E 200 D” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin cihazlar panelindən gömrük nəzarətindən gizlədilən 7 ədəd “Samsung J1” markalı mobil telefon, 9 ədəd mobil telefon üçün qidalandırıcı element, 10 ədəd telefon adapteri aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Payız-qış mövsümü ilə əlaqədar təmir-bərpa işləri aparılır

31 Oktyabr 2016 15:01

Bakı şəhərinin küçə və prospektlərində 2016-2017-ci illər payız-qış mövsümü ilə əlaqədar olaraq kompleks tədbirlər həyata keçirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, zəruri olan yerlərdə yağış-kanalizasiya xətləri çəkilərək yeni barmaqlıqlar quraşdırılır, mövcud yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları, həmçinin palçıq və toz basmış körpü və yol elementləri yuyularaq təmizlənir, həmçinin küçələrdə cari təmir işləri aparılır. Kompleks tədbirlər çərçivəsində intensiv yağışlar zamanı Bakı şəhərinin bəzi küçə və prospektlərdə səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədi ilə əlavə xətlərin çəkilişi işləri görülür.

YAP Gənclər Birliyinin sədrindən Amerikaya irad

31 Oktyabr 2016 14:59

“Birləşmiş Ştatlar guya ən demokratik dövlətdir və fəaliyyətində əsas istiqamət dünyada insanların xalqların, bərabər yaşaması, və ya demokratik prinsiplərin qurulmasıdır. Amma prezident seçkilərinin təbliğat və təşvigat prosesində iç üzünü göstərdi”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, seçki prosesi zamanı ən ucuz variantlar belə etdilər: “Filankəs min doqquz yüz keçmiş birinci ildə filan xanima salam verməkdən tutmuş hər cür əxlasızlığa əl atdılar bir-birlərinə qarşı. Yəqin bunlarin fəlsəfəsi budur. Dəyərli gənclər sizcə bunlara etibar, inam olarmi?”