Gündəm

Əflatun Amaşov: “Əhməd İmamquliyevin arzuladığı hədəflərə çatacağına əminəm”

31 Oktyabr 2016 14:58

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov ötən gün Gürcüstanda keçirilən parlament seçkilərinin II turunun nəticələrinə münasibət bildirib.

Amerika Ticarət Palatasında Azərbaycanla bağlı tədbir keçirilib

31 Oktyabr 2016 14:57

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Direktorlar Şurasının dəvəti ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Palatanın təşkil etdiyi tədbirdə iştirak edərək “Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesinin hazırkı mərhələsi və gələcək imkanlar” mövzusunda çıxış edib.

Cəlilabadda bacısının ərinə qoşulub qaçdığı deyilən qızdan xəbər var

31 Oktyabr 2016 14:55

Sentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyeva tapılıb. Bu barədə Trend-ə Cəlilabad Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, bacısının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğluna qoşulub qaçdığı deyilən A.Nağıyeva özü polis şöbəsinə gəlib. Hazırda A.Nağıyevanın haraya və nə məqsədlə getdiyi araşdırılır.

BDM-dən qeyri-adi aksiya

31 Oktyabr 2016 14:52

Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı Belarusda silsilə tədbirlər keçirərək Azərbaycana qayıdan Beynəlxalq Diasporu Minsk Beynəlxalq Hava Limanında maraqlı bir aksiya həyata keçirib. “OLAYLAR”-ın xəbərinə görə, hava limanının gözlımə zalında əyləşən sərnişinlərə Azərbaycan haqqında məlumatların əks olunduğu broşürlər, kitabçalar paylanılıb. Ümumilikdə, 100-dən artıq bu kimi maarifləndirici xarakter daşıyan materiallar hava limanında sərnişinlərə paylanılıb.  BDM-in bu aksiyası sərnişinlər tərəfindən maraqla qarşılnıb.

"Multikulturalizm ili”nə həsr olunmuş rəsm müsabiqəsi

31 Oktyabr 2016 14:49

Paytaxt məktəbliləri arasında “Multikulturalizm ili”nə həsr olunmuş respublika  rəsm müsabiqəsinin Bakı şəhər mərhələsi keçirilib.

Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib

31 Oktyabr 2016 14:46

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, qoşun qisimləri və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlə iş üzrə zabit heyətinin nümayəndələri ilə görüşüb.

İsveçli mayorun "erməni soyqırımı" iddialarını yalanlayan məktubu

31 Oktyabr 2016 14:44

Bu gün Türkiyəni uydurma "erməni soyqırımı" iddiaları ilə küncə sıxışdırmağa çalışan xristian qərb aləmini 1915-ci il hadisələrinə şahid olan öz yazıçıları belə yalanlayırlar.

"Eurovizion-2017"də iştirak edəcək ölkələrin adları açıqlanıb

31 Oktyabr 2016 14:42

Ukrayna paytaxtı Kiyevdə keçiriləcək "Eurovizion-2017" mahnı yarışında iştirak edəcək ölkələrin adları açıqlanıb.

Verilişdə biabırçılıq: qonağın sinəsi və ətəyi açıldı - VİDEO

31 Oktyabr 2016 14:40

Rumıniyada yayımlanan şou-proqramların birində biabırçı olay baş verib. Milli.Az "Nevidyo"ya istinadla bildirir ki, verilişə qatılan model Daniela Crudu seksual geyimi və rəqsi ilə bütün diqqətləri özünə cəlb edib. 

Qarabağda nə baş verir?

31 Oktyabr 2016 14:38

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc cəbhədə vəziyyətin gərginləşməsindən danışıb. Olaylar.az bildirir ki, millət vəkili qafqazinfo-ya açıqlamasında deyib ki, cəbhədə vəziyyətin gərginləşməsinin bir neçə səbəbi var: "Ermənistanda müdafiə nazirinin dəyişməsi fonunda yeni nazir bütün cəbhəboyu prosesi öz nəzarətinə götürdüyünə diqqət çəkmək, Qarabağ xəbərləri fonunda öz mövqeyini gücləndirməyə nail olmaq istəyir.

Bakı və Abşeronun seysmik təhlükəli zonaları bilinəcək - Xəritədə

31 Oktyabr 2016 14:37

Bakı və Abşeron yarımadasının mikrorayonlaşdırılması layihəsi 2017-ci ilin aprelindən reallaşdırılacaq.

Mosulda İŞİD komandirlərinin gizli görüşü zamanı güclü partlayış olub

31 Oktyabr 2016 14:33

İraqın Mosul şəhərinin mərkəzində İŞİD terror qruplaşmasının komandirlərinin görüşü zamanı güclü partlayış baş verib. Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Bakıda qanunsuz mərc və qumar oyunları təşkil edən şəxslər saxlanılıblar

31 Oktyabr 2016 14:32

Ölkədəki idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan qanunsuz fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portalları və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması, həmin oyunları müvafiq icazə olmadan təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Azərbaycan və İsraili sadəcə əməkdaşlıq deyil, daha çox məsələlər birləşdirir

31 Oktyabr 2016 14:28

"Azərbaycan və İsrailin dostluğu neft və silahlanma ilə izah oluna bilməz. Bunu başa düşmək üçün siyasi və dini məsələləri kənara qoymaq və hər iki ölkənin tarixinə və mədəniyyətin onların həyatında tutduğu vacib rola diqqət yetirmək lazımdır".

Azərbaycanlı müşahidəçilər Moldovadakı prezident seçkilərini izləyib

31 Oktyabr 2016 14:24

Moldovada keçirilən prezident seçkiləri zamanı səsvermənin təşkili və keçirilməsinin müşahidəsi məqsədilə bu ölkənin Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçilər qismində akkreditə olunmuş MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Bakı şəhərində təşkil edilmiş seçki məntəqəsində səsvermənin gedişini müşahidə ediblər. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, müşahidə zamanı seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı bir qanun pozuntusu aşkar edilməyib.