Gündəm

Deputatlar qazın qiymətini qaldırmaq təklifinə aydınlıq gətirdilər

31 Oktyabr 2016 14:22

Bu günlərdə yerli xəbər portallarından birində “Qazın qiyməti qaldırılsın” adlı məqalə dərc olunub. Məqalədə millət vəkilləri Rüfət Quliyev, Xanhüseyn Kazımlı, Tahir Mirkişili verdikləri müsahibələrində gələcəkdə Avropa ölkələrinə satılacaq qazın qiyməti məsələsinə toxunublar.

Əmək Nazirliyi 500 nəfərdən çox əlilliyi olan şəxsi münasib iş yerləri ilə təmin edib

31 Oktyabr 2016 14:11

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və məşğulluğunun təminatı diqqətdə saxlanılır.

Wi-Fi-nin parolunu nece dəyişək?

31 Oktyabr 2016 14:09

Yəqin ki, çoxlarınız wifi mövzusunda problemlərlə üzləşirsiniz. Əsas problemlərdən biri də qonşunuzun sizin wifi şifrənizi sındıraraq internetdən pulsuz faydalanmasıdır. Son zamanlar "dumper" və bu tipli proqramlar vasitəsilə belə hallar xeyli artıb və bu şikayətləri bərabərində gətirir. Sizdən xəbərsiz bəlkədə indiki halda qonşunuz sizin internetdən istifadə edir və sizin bundan xəbəriniz yoxdur! Əlavə əsəb, əlavə ödəniş, sürət azlığı heç kimə lazım deyil. Bu məqsədlə bugün sizlərə bu problemin aradan qaldırılması yolun izah edəcəyik.

XAMAS-ın mətbuat rəhbəri cəsusluqdan həbs edilib

31 Oktyabr 2016 14:05

Fələstin KİV-lərinin xəbəri. İddialara görə Qəzzədə XAMAS təşkilatını mətbuat katibi Muşir Əl Masri İzzəddin Qəssam briqadalarının xüsusi xidməti tərəfindən həps edilib. O İsrailə cəsusluq etmək və rüşvətxorluqla ittiham olunur. Bu son zamanlar XAMAS-da baş verən ikinci cəsusluq qalmaqalıdır, belə ki, az zaman əvvəl təşkilatın hərbi birliklərinin rəhbərlərindən olan Muhamməd Şətauinin cəsusluq ittihamı ilə həbs edildiyi və edam edildiyi xəbəri gəlmiş idi. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.

Akif Çovdarovun vəkilinin vəsatəti təmin olunub- YENİLƏNİB

31 Oktyabr 2016 14:01

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Hadisə məhkəmə barədə: "Heç yerə qaçmamışam"

31 Oktyabr 2016 13:56

Müğənni Hadisə ilk dəfə məhkəmə işçilərinin "O səs Türkiyə" studiyasına gəlməsi barədə danışıb.

Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ultimatum verməsi təklif olunur

31 Oktyabr 2016 13:53

Necə edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə "mərhələli həll" planı işə düşsün və ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılsın? Düşmən aprel döyüşlərindən və verdiyi itkilərdən nəticə çıxarmadı. Danışıqlarla da alınmır. Böyük dövlətlər isə rəsmi İrəvana təzyiq etmək istəmirlər. Demək, yeganə alternativ Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ünvanlayacağı ultimatum olmalıdır.

Ermənistan hökumətində köhnə- yeni davası “Hraparak”

31 Oktyabr 2016 13:50

Serj Sarkisyanın Ermənistan hökumətindəki “kadr dəyişiklikləri” və ixtisarlarının ardınca yenilərlə köhnələr arasında qarşıdurmalar yaşanmağa başlayıb. SİA-nın məlumatına görə, bu barədə ölkənin “Hraparak” nəşri yazır.

Bakıda yeni sürüşmə sahələrinin yaranması mümkündür

31 Oktyabr 2016 13:48

Bakıda - Günəşli, Əhmədli, Lökbatan, Badamdar, Qaraçuxur, Xırdalan və Masazırda yeni sürüşmə sahələrinin yaranması mümkündür.

Bayrama görə işçilərinə 1260 maşın və 400 mənzil bağışladı

31 Oktyabr 2016 13:44

Hindistanda və dünyanın bir neçə ölkəsində hinduistlərin ənənəvi bayramlarından olan Divali təntənə ilə qeyd olunur.

Binəqədidə yanan bina ilə bağlı məhkəmədə ifadələr dinlənilib

31 Oktyabr 2016 13:29

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Daşkənddən Yunus Oğuz haqqında xəbər var

31 Oktyabr 2016 13:15

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddəki “Kitab aləmi” Ticarət və İnformasiya Cəmiyyətində (TİC) yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun özbək dilində çap edilən “Sultan Alp Arslan” romanının təqdimatı keçirilib.

"Neftçi" klubuna 3 yeni futbolçu cəlb olunacaq

31 Oktyabr 2016 13:10

"Neftçi" klubunda əvəzedici heyətə göndərilmiş futbolçuların əvəzinə yeni oyunçular cəlb olunacaq. Olaylar.az bildirir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.

Dağıstanın paytaxtı Mahaçqalada 267 nəfər zəhərlənib

31 Oktyabr 2016 13:08

Mahaçqalada 267 nəfərin zəhərləndiyi bildirilir. Xəstələrin qarın ağrısı, qusma və qızdırma şikayəti ilə şəhərin xəstəxanalarına müraciyyət etdiyi bildirilir. Zəhərlənənlərdən 179-un uşaq olduğu bildirilir. Hal-hazırda həkimlər mədə-bağırsaq infeksiyasından şübhələndiklərini bildiriblər. Xəstəxanalarda yerləşdirilənlərə hal-hazırda profilaktik müalicə tətbiq edilir. Rusiya Federasiyası Səhiyyə Nazirliyi olayı öz nəzarətinə götürüb və hal-hazırda kütləvi zəhərlənmənin səbəbləri araşdırılır. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.

Partlayışda dünyasını dəyişən məmurun xanımından xəbər var

31 Oktyabr 2016 13:05

Hökməli qəsəbəsində dəhşətli partlayış nəticəsində dünyasını dəyişən "Azəravtoyol" ASC-nin aparat rəhbəri Müşvüq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzovanın vəziyyəti ağır olaraq qalır.