Gündəm
Jirinovski: "Ərdoğan bizim adamımızdır"
Rusiyanın Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski bəyan edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dostudur və heç kim onu devirə bilməz.
“Uşaq və gənclər arasında ictimai davranış qaydalarının təbliği”nə start verilir
Bakı şəhərində “Uşaq və gənclər arasında ictimai davranış qaydalarının təbliği” adlı layihənin icrasına start verilib.
Uşaq hüquqları ilə bağlı tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və “Uşaq və Ailələrə Dəstək Mərkəzi”nin birgə təşkilatçılığı ilə İsmayıllı rayonu Təzəkənd kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elxan Bədəlov uşaq hüquqlarının müdafiəsinin və uşaqların milli-mənəvi ruhda tərbiyə edilməsinin əhəmiyyətindən danışıb.
Ərdoğan: “Nə vaxt evlənəcəksən?”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Bayramı ziyafətinə türk sənət aləminin bir çox nümayəndələri qatılıb.
Daha iki marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik edilib
Məlum olduğu kimi bu gün səhər saat 10-dan etibarən aparılan tikinti işləri ilə əlaqədar olaraq Zığ yolu Hatəm Allahverdiyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Təmir işləri aparıldığı müddətdə ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyatdan rahat istifadə etmələri, sərnişin avtobuslarının təhüləsiz və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) 44 və 103 nömrəli marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik edib.
Ekspert: "Yol mədəniyyəti daha da inkişaf etməlidir"- AÇIQLAMA
“Məktəblərin qarşısında onlarla valideyn avtomobillərini yolun hərəkət hissəsində saxlayır, övladları ilə gedərkən yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etmirlər. Bu isə tıxaclar, qəzalar və digər problemlər yaradır. Belə halları aradan qaldırmaq üçün yol hərəkəti mədəniyyəti daha da inkişaf etməlidir”. Bunu SİA-ya açıqlamasında yol hərəkatı üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Badamdarı sökürlər
Bir qədər əvvəl Səbail RİH-də yaradılmış işçi qrupu tərəfindən Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində torpaqların inventarlaşması aparılmışdır.
Noyabrın ilk gününün hava proqnozu - XƏBƏRDARLIQ
Bakı və Abşeron yarımadasında noyabrın 1-də arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.
Xaçatryan: "Sərkisyan rejimi soyqırım törədir"
Ermənistanda bu gün daha ağır soyqırım həyata keçirilir, nəinki 1915-ci il hadisələrində. Olaylar.az axar.az-a istinadən bildirir ki, bu fikirləri erməni mediasına Moskvada yaşayan müstəqil hüquq müdafiəçisi, erməni politoloq Arbak Xaçatryan bildirib. Onun sözlərinə görə, bu gün Ermənistanda insanlar yerli köstəbəklərə qarşı mübarizə apara bilmirlər:
ŞOK! Azərbaycanın 10 QHT rəhbəri ölkəmiz əleyhinə ermənilərlə həmrəylik nümyiş etdirdi
Azərbaycanın 10 QHT rəhbəri və birf vəkil erməni təşkilatı olan PİN-in hazırladığı məktuba imza ataraq BMT-yə göndərib. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov öz facebook profilində yayıb.
Vətən Cəmiyyəti bayram tədbirində Azərbaycanı təmsil edib
Türkiyə Cümhuriyyətinin 93-cü ildönümü münasibəti ilə Danimarkanın paytaxtı Kopenhagen şəhərində ziyafət təşkil olunub. Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi “OLAYLAR”-a bildirib ki, Turkiyənin bu ölkədəki səfiri Mehmet Dönmez və xanımı Fatma Dönmezin qatıldığı ziyafət Kopenhaq Universitetinin Seremoni Zalında baş tutub: “Hər il olduğu kimi ziyafətdə Azərbaycan dövlətini Danimarka Vətən Cəmiyyəti təmsil edirdi. Türkiyənin səfiri Mehmet Dönmez dovlət başçısı Rəcəb Tayyib Ərdoganın təbrik mesajını oxudu. Ziyafətdə nazirlər, Danimarka Parlamentinin millət vəkilleri, Kopenhagendə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin numayendeleri, taninmish ish adamlari, mediya nümayəndələri iştirak edirdi”.
Zəyəmçay üzərindəki qəzalı körpü bərpa edilir
Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq müvafiq işlər aparılır. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 427-ci km-də yerləşən körpüdə bərpa işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Layihə çərçivəsində bərpa işləri zamanı mövcud tikinti norma və qaydalarına əsasən körpünün hər iki tərəfində 50 metr uzunluğunda mühafizə və yeni sutənzimləyici baraj qurğular inşa edilir. Bundan başqa diş konstruksiyasının dərinlik boyu hündürlüyü 1.2 metr artırılmaqla və dərinlik boyu örtük hissə bərpa edilməklə bərkitmə işləri aparılır və diametri 0.3 metr olan daşlardan istifadə edərək qoruyucu bərpa tədbirləri görülür.
Azərbaycan bələdiyyə sədri beynəlxalq tədbirdə
Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Yerli və regional səviyyələrdə etik standartlar və şəffaflıq” mövzusuna həsr edilmiş 31-ci plenar sessiyası keçirilib.
Ebru Gündeşdən biabırçılıq: tələsik səhvini düzəltdi
Amerikada həbsdə olan ərindən boşanma ərəfəsində olan Ebru Gündeş çətin günlər yaşayır.
Sabiq müstəntiq Rüfət Səfərovun məhkəməsi baş tutmayıb
Şirvan Apellyasiya Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, hazırda həbsdə olan Rüfət Səfərovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə bu günə təyin olunmuş proses baş tutmayıb.














