ŞOK! Azərbaycanın 10 QHT rəhbəri ölkəmiz əleyhinə ermənilərlə həmrəylik nümyiş etdirdi
Azərbaycanın 10 QHT rəhbəri və birf vəkil erməni təşkilatı olan PİN-in hazırladığı məktuba imza ataraq BMT-yə göndərib. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov öz facebook profilində yayıb.
31 Oktyabr 2016 12:36 SosialAzərbaycanın 10 QHT rəhbəri və birf vəkil erməni təşkilatı olan PİN-in hazırladığı məktuba imza ataraq BMT-yə göndərib. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov öz facebook profilində yayıb. Bildirib ki, BMT-yə göndərilən məktubda Azərbaycanın Ombudsmanının A statusu ləğv edilməsi və aşağı statusa keçiriliməsi istənilib: "Bu adamlar mənə məntiqlə izah etsin ki, əgər ombudsmanın statusu azalanda nəsə müsbət dəyişiklik baş verəcək? İzahı yoxdur. Bu sadəcə Ermənistana lazımdır. Azərbaycanı beynəlxalq təşkilatlarda nüfuzdan salmaq və sonda Qarabağın işğalını legitimləşdirmək. Onlardan bəzisi dostluğumda var. Bəlkə izah etsinlər ki, onlar hökuməti sevmir lap yaxşı, bu dövlət onlara nə edib? Erməniyə kömək etməklə nə qazanacağıq? Başqa bir həmvətənimiz isə yenə Həmin PİN-in təşkilatçılığı ilə hazırlanan matreallar əsasında Brusseldə sərgi təşkil edəcək".