Zəyəmçay üzərindəki qəzalı körpü bərpa edilir
Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq müvafiq işlər aparılır. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 427-ci km-də yerləşən körpüdə bərpa işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Layihə çərçivəsində bərpa işləri zamanı mövcud tikinti norma və qaydalarına əsasən körpünün hər iki tərəfində 50 metr uzunluğunda mühafizə və yeni sutənzimləyici baraj qurğular inşa edilir. Bundan başqa diş konstruksiyasının dərinlik boyu hündürlüyü 1.2 metr artırılmaqla və dərinlik boyu örtük hissə bərpa edilməklə bərkitmə işləri aparılır və diametri 0.3 metr olan daşlardan istifadə edərək qoruyucu bərpa tədbirləri görülür.
31 Oktyabr 2016 12:31 SosialŞəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq müvafiq işlər aparılır. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 427-ci km-də yerləşən körpüdə bərpa işləri "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Layihə çərçivəsində bərpa işləri zamanı mövcud tikinti norma və qaydalarına əsasən körpünün hər iki tərəfində 50 metr uzunluğunda mühafizə və yeni sutənzimləyici baraj qurğular inşa edilir. Bundan başqa diş konstruksiyasının dərinlik boyu hündürlüyü 1.2 metr artırılmaqla və dərinlik boyu örtük hissə bərpa edilməklə bərkitmə işləri aparılır və diametri 0.3 metr olan daşlardan istifadə edərək qoruyucu bərpa tədbirləri görülür.
Xatırladaq ki, cari ilin iyun-iyul ayları ərzində Şəmkir rayonu ərazisində aramsız yağan yağışlardan əmələ gələn sel suları nəticəsində yuyulma baş vermiş və körpü qəzalı vəziyyətə düşmüşdü.