Dağıstanın paytaxtı Mahaçqalada 267 nəfər zəhərlənib
Mahaçqalada 267 nəfərin zəhərləndiyi bildirilir. Xəstələrin qarın ağrısı, qusma və qızdırma şikayəti ilə şəhərin xəstəxanalarına müraciyyət etdiyi bildirilir. Zəhərlənənlərdən 179-un uşaq olduğu bildirilir. Hal-hazırda həkimlər mədə-bağırsaq infeksiyasından şübhələndiklərini bildiriblər. Xəstəxanalarda yerləşdirilənlərə hal-hazırda profilaktik müalicə tətbiq edilir. Rusiya Federasiyası Səhiyyə Nazirliyi olayı öz nəzarətinə götürüb və hal-hazırda kütləvi zəhərlənmənin səbəbləri araşdırılır. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
31 Oktyabr 2016 13:08 DünyaMahaçqalada 267 nəfərin zəhərləndiyi bildirilir. Xəstələrin qarın ağrısı, qusma və qızdırma şikayəti ilə şəhərin xəstəxanalarına müraciyyət etdiyi bildirilir. Zəhərlənənlərdən 179-un uşaq olduğu bildirilir. Hal-hazırda həkimlər mədə-bağırsaq infeksiyasından
şübhələndiklərini bildiriblər. Xəstəxanalarda yerləşdirilənlərə hal-hazırda profilaktik müalicə tətbiq edilir. Rusiya Federasiyası Səhiyyə Nazirliyi olayı öz nəzarətinə götürüb və hal-hazırda kütləvi zəhərlənmənin səbəbləri araşdırılır. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.