Deputatlar qazın qiymətini qaldırmaq təklifinə aydınlıq gətirdilər

Bu günlərdə yerli xəbər portallarından birində “Qazın qiyməti qaldırılsın” adlı məqalə dərc olunub. Məqalədə millət vəkilləri Rüfət Quliyev, Xanhüseyn Kazımlı, Tahir Mirkişili verdikləri müsahibələrində gələcəkdə Avropa ölkələrinə satılacaq qazın qiyməti məsələsinə toxunublar.

Bu günlərdə yerli xəbər portallarından birində "Qazın qiyməti qaldırılsın" adlı məqalə dərc olunub. Məqalədə millət vəkilləri Rüfət Quliyev, Xanhüseyn Kazımlı, Tahir Mirkişili verdikləri müsahibələrində gələcəkdə Avropa ölkələrinə satılacaq qazın qiyməti məsələsinə toxunublar. "OLAYLAR"-ın xəbərinə görə, deputat Rüfət Quliyev bildirib ki, biz indi strateji müttəfiqimiz olan Rusiyaya, Gürcüstana və Türkiyəyə qazı müxtəlif siyası maraqları nəzərə alaraq, ucuz qiymətə satırıq. Gələcəkdə Avropaya qaz nəqli ilə bağlı layihələr işə düşdükdən sonra təklif etmişik ki, istehlakçı ölkələrə qaz daha baha qiymətə satılsın. Əlbəttə ki, bu, bizim subyektiv fikrimizdir və dövlətin mövqeyini əks etdirmir: "Lakin saytda və ona istinad edən bir sıra saytlarda gedən yazılarda sərlövhə düz yazılmayıb və belə təsəvvür yaranır ki, bizim təkliflərimiz ölkə daxilində satılan qazın qiymətinə aiddir. Bu, qətiyyən belə deyil və bir daha təkrar edirik ki, bizim təklifimiz gələcəkdə Avropaya satılacaq qaza aiddir. Xahiş edirik ki, saytları izləyən oxucular bizi düz başa düşüb, qınaq obyektinə çevirməsinlər və əhali də yayılan şayiələrə inanmasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31