Azərbaycanlı müşahidəçilər Moldovadakı prezident seçkilərini izləyib

Moldovada keçirilən prezident seçkiləri zamanı səsvermənin təşkili və keçirilməsinin müşahidəsi məqsədilə bu ölkənin Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçilər qismində akkreditə olunmuş MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Bakı şəhərində təşkil edilmiş seçki məntəqəsində səsvermənin gedişini müşahidə ediblər. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, müşahidə zamanı seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı bir qanun pozuntusu aşkar edilməyib.

Moldovada keçirilən prezident seçkiləri zamanı səsvermənin təşkili və keçirilməsinin müşahidəsi məqsədilə bu ölkənin Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçilər qismində akkreditə olunmuş MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Bakı şəhərində təşkil edilmiş seçki məntəqəsində səsvermənin gedişini müşahidə ediblər. Qurumun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, müşahidə zamanı seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı bir qanun pozuntusu aşkar edilməyib.

Qeyd edək ki, Moldova Respublikası vətəndaşlarının seçki hüquqlarının realizə edilməsinin təmin edilməsi məqsədilə 33 ölkədə 100 xarici seçki məntəqəsi təşkil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31