Payız-qış mövsümü ilə əlaqədar təmir-bərpa işləri aparılır
Bakı şəhərinin küçə və prospektlərində 2016-2017-ci illər payız-qış mövsümü ilə əlaqədar olaraq kompleks tədbirlər həyata keçirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, zəruri olan yerlərdə yağış-kanalizasiya xətləri çəkilərək yeni barmaqlıqlar quraşdırılır, mövcud yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları, həmçinin palçıq və toz basmış körpü və yol elementləri yuyularaq təmizlənir, həmçinin küçələrdə cari təmir işləri aparılır. Kompleks tədbirlər çərçivəsində intensiv yağışlar zamanı Bakı şəhərinin bəzi küçə və prospektlərdə səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədi ilə əlavə xətlərin çəkilişi işləri görülür.
31 Oktyabr 2016 15:01 SosialBakı şəhərinin küçə və prospektlərində 2016-2017-ci illər payız-qış mövsümü ilə əlaqədar olaraq kompleks tədbirlər həyata keçirilir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, zəruri olan yerlərdə yağış-kanalizasiya xətləri çəkilərək yeni barmaqlıqlar quraşdırılır, mövcud yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları, həmçinin palçıq və toz basmış körpü və yol elementləri yuyularaq təmizlənir, həmçinin küçələrdə cari təmir işləri aparılır. Kompleks tədbirlər çərçivəsində intensiv yağışlar zamanı Bakı şəhərinin bəzi küçə və prospektlərdə səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədi ilə əlavə xətlərin çəkilişi işləri görülür. Sözügedən işlər Yusif Səfərov, həmçinin Əliyar Əliyev küçələrinin Heydər Əliyev prospekti ilə kəsişən hissələrində aparılır. Bu ərazilərdə əlavə yağış-kanalizasiya xətləri çəkilir, yeni yağış barmaqlıqları qoyulur. Ümumilikdə son 1 il ərzində Bakı şəhərinin küçə və prospektlərinin zəruri olan hissələrində 6 km-ə yaxın yağış-kanalizasiya xətləri çəkilib. Bu işlərə paralel olaraq sözügedən ərazilərdə və Ziya Bünyadov prospektində mövcud xətlərin isə təmizlənməsi işləri aparılır. Təmir-bərpa işləri zamanı deformasiyaya uğramış və dağılmış asfalt-beton örtüyü yenilənir. Bundan başqa qəzalar zamanı dağılmış, həmçinin palçıq və toz basmış körpü və yol elementlərinin (körpülərin mühəccərləri, dayaqları, səs boğucular, tunellərin divarları, yol nişanları, işıqəksetdiricilər, əyri xətli dəmir tirlər, səki daşları və s. ) xüsusi təyinatlı işçi qrupu tərəfindən təmiri və yuyularaq təmizlənməsi işləri də aparılır.