Seçici hüquqlarının pozulduğu ölkə
Birləşmiş Ştatlarda bir qayda olaraq yanvar ayından başlanan seçki prosesinin artıq böyük bir mərhələsi geridə qalıb. Hazırda davam edən seçki prosesi müddətində Demokratlarla Respublikaçılar arasında gərgin mübarizə gedir. Son günlərin nəticələrinə diqqət yetirdikdə namizədlərdən hər ikisinin-Donald Tramp və Hillari Klintonun bərabər irəlilədiyi aydın olur. Ancaq bəzi ştatlarda Demokratların namizədi Hillari Klintonun Trampdan bir qədər öndə olduğu görünür. Buna təsir edən amillərdən biri də Prezident Barak Obamanın Trampa qarşı kampaniyaya qoşulmasıdır.
31 Oktyabr 2016 15:51 DünyaVə ya Amerikanın anormal seçki sistemi
Birləşmiş Ştatlarda bir qayda olaraq yanvar ayından başlanan seçki prosesinin artıq böyük bir mərhələsi geridə qalıb. Hazırda davam edən seçki prosesi müddətində Demokratlarla Respublikaçılar arasında gərgin mübarizə gedir. Son günlərin nəticələrinə diqqət yetirdikdə namizədlərdən hər ikisinin-Donald Tramp və Hillari Klintonun bərabər irəlilədiyi aydın olur. Ancaq bəzi ştatlarda Demokratların namizədi Hillari Klintonun Trampdan bir qədər öndə olduğu görünür. Buna təsir edən amillərdən biri də Prezident Barak Obamanın Trampa qarşı kampaniyaya qoşulmasıdır. Belə ki, Ağ Ev rəhbəri son iki həftə ərzində bir neçə dəfə seçki məsələsinə toxunaraq Respublikaçıların namizədi Donald Trampı kəskin tənqid edib və onu Birləşmiş Ştatlarınm maraqlarına zidd biri kimi xarakterizə edib. Barak Obama tərəfindən Donald Trampın tənqid hədəfinə çevrilməsinin baslıca səbəblərindən biri də Respublikaçıların namizədinin noyabrın 8-də keçiriləcək prezident seçkilərinin saxtalaşdırılacağı barədə açıqlama verməsidir. Belə ki, Donald Tramp seçkilərin nəticələrinin Demokratların namizədi Hillari Klintonun xeyrinə saxtalaşdırılacağını bildirməklə yanaşı, həmçinin bundan əvvəl keçirilən bir neçə seçkidə də anoloji prosesin baş verdiyini vurğulayıb. Təbii ki, bu da əks cəbhədə ciddi reaksiya yaratmaqla yanaşı, eyni zamanda Trampa qarşı kampaniyanın genişlənməsinə yol açıb. Trampın seçki saxtakarlığı barədə açıqlaması bir tərəfdən ona qarşı hücumların artmasına yol açıbsa, digər tərəfdən Birləşmiş Ştatların seçki mühiti barədə şübhələrin meydana çıxmasına yol açır. Hər nə qədər Ağ Ev administrasiyası Trampın açıqlamasını təkzib etməyə çalışsa da, lakin okeanın o tayında seçki saxtakarlığı barədə məsələlər son günlər daha geniş müzakirə predmetinə çevrilib və bu barədə yeni-yeni faktlar ortaya çıxmaqdadır. Belə ki, bu günlərdə Birləşmiş Ştatlarda Terri Lynn Rote adlı şəxsin həbs edilməsi Trampın ehtimallarının doğru olduğunu təsdiqləyib. Məlumata görə, Terri Lynn Rote erkən səsvermədə iki dəfə Donald Trampın xeyrinə səs verdiyinə görə həbs edilib. Sonradan o, 5000 dollar girov müqabilində müvəqqəti azad edilib. Noyabrın 7-də isə Terri Lynn Rotenin ilk məhkəməsi olacaq. Donald Trampın məlum açıqlaması, eləcə də Terri Lynn Rotenin həbsi Birləşmiş Ştatlarda seçki mühitinin anti-demokratikliyini aydın şəkildə ortaya qoyub. Ümumiyyətlə, Amerikanın seçki sisteminə nəzər yetirdikdə və onu dərindən təhlil etdikdə, bu sistemin nə dərəcədə anti-demokratik və dolaşıq bir quruluşa malik olduğu aydın olur. Birləşmiş Ştatlardakı seçki sistemindəki əsas problemlərdən biri ondan ibarətdir ki, bu ölkədə işçi, əməkçi siniflərinin maraqları hər zaman arxa planda olub. Seçkilərin də taleyini hər bir ölkədə olduğu kimi işçi, əməkçi insanlar deyil, iri burjuaziya sinfi həll edir. Ona görə də seçkilərdən sonra
Ağ Evə sahib çıxan prezident də bir qayda olaraq iri burjuaziyanın maraqlarına xidmət edir. Onu qətiyyən sadə amerikalılar, əməkçi, işçi kütləsi maraqlandırmır. Amerikadakı seçki mühitinin anti-demokratikliyinə dəlalət edən digər bir faktor seçicilər üçün tətbiq edilən məhdudiyyətlərdir. Daha doğrusu böyük bir kütlənin səsvermə hüququnun əlindın alınmasıdır. Məlumat üçün qeyd edək ki, Birləşmiş Ştatlarda 200 milyondan artıq seçici kütləsi var. Amma təssüflər olsun ki, 200 milyondan artıq seçicinin heç də hamısı öz səsvermə hüququndan yararlana bilmir. Belə ki, Birləşmiş Ştatlardakı absurd qayda-qanunlara görə vergi borcu olanlar və müəyyən cinayətlərdən məhkum edilənlər səsvermə prosesində iştirakm edə bilmirlər. Nəzərə alsaq ki, okeanın o tayında vergi borcu olanların əksəriyyətini işçi sinfi, Amerikanın ən yoxsul təbəqəsi, xüsusilə qaradərili insanlar təşkil edir, onda belə bir nəticəyə gəlmək olar ki, Birləşmiş Ştatlar seçkilərin taleyini xalq təyin etmir. Dünyaya demokratiya dərsi keçən bir ölkənin sadə işçi təbəqəsini seçki prosesindən kənarda qoyması ən antidemokratik bir addımdır. Həmçinin müxtəlif cinayətlər törədərək həbs cəzası almış şəxslərin də səsvermə prosesindən kənarda saxlanılması insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, onların seçib seçilmək hüquqlarının əlindən alınması deməkdir. Halbuki, Vaşinqtonun addım başı irad tutduğu əksəriyyət ölkələrdə, eləcə də Azərbaycanın özündə məhkumlar belə səsvermə hüququna malikdirlər və onlar da hər bir səsvermə hüququ olan Azərbaycan vətəndaşı kimi seçki prosesində iştirak edirlər. Amma demokratiya simvolu sayılan Birləşmiş Ştatlarda ən təməl demokratik hüquqlar sayılan seçmə və seçilmə haqqları antidemokratik bir seçki mühitinin mövcudluğundan insanların əllərindən alınmış olur. Beləliklə, göründüyü kimi günümüzdə də davam edən bu seçki mühiti, onun təşkili, nəticələri, Ağ Evə kimin seçilməsinin sadə amerikalılarla heç bir bağlılığı yoxdur. Görünən odur ki, yaxın illərdə də Birləşmiş Ştatların bu cür antidemokratik seçki mühiti davam edəcək. Nəticə etibarilə, nə seçilən nümayəndələr , nə də Ağ Ev rəhbəri xalqın nümayəndəsi olmayacaq.
S.İsmayılbəyli