“Qarabağ”ın baş məşçisi Bakı Ali Neft Məktəbində 

Bakı Ali Neft Məktəbində “Qarabağ” Azərbaycan futbol klubunun baş məşqçisi Qurban Qurbanovla görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, BANM-in rektoru Elmar Qasımov Q.Qurbanovun idman karyerasından və başçılıq etdiyi komandanın uğurlarından danışıb, klubun daşıdığı adın hər bir azərbaycanlı üçün əziz olduğunu vurğulayıb.

Bakı Ali Neft Məktəbində "Qarabağ" Azərbaycan futbol klubunun baş məşqçisi Qurban Qurbanovla görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, BANM-in rektoru Elmar Qasımov Q.Qurbanovun idman karyerasından və başçılıq etdiyi komandanın uğurlarından danışıb, klubun daşıdığı adın hər bir azərbaycanlı üçün əziz olduğunu vurğulayıb.

Qeyd edilib ki, Azərbaycanı layiqincə təmsil edən Qurban Qurbanovun və klubun futbolçuları sayəsində Avropada və bütün dünyada "Qarabağ" sözü qələbə simvoluna çevrilib. Vaxtilə Azərbaycan Milli komandasının ən yaxşı hücumçusu olan, məşhur futbolçu Qurban Qurbanov BANM-in rəhbərliyinə ali məktəbə dəvət olunmasına görə təşəkkür edib. Qonaq tələbələrə seçdikləri peşələrdə və tədrisdə müvəffəqiyyət arzulayıb. Qeyd edib ki, BANM-in hazırladığı mütəxəssislər Azərbaycanın neft-qaz sənayesinin inkişafı üçün əvəzolunmaz kadrlardır. Sonra Q.Qurbanov çoxsaylı sualları cavablandırıb, ən maraqlı sualların müəlliflərinə öz imzası ilə toplar hədiyyə edib . Görüşün sonunda rektor E.Qasımov Q.Qurbanova BANM-nin xatirə plaketini, baş məşqçi isə rektora idman suvenirləri hədiyyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31