Gündəm
Müfəttiş ov tüfəngi ilə özünü yaraladı
Oktyabrın 30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Saatlı rayonundakı ərazi şöbəsində məsləhətçi-müfəttiş işləyən Kərim Səlimov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət almış və o, xəstəxanaya yerləşdirilmişdir. DİN-dən verilən məlumata görə, Saatlı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "İJ-27" markalı tüfəng götürülmüşdür. Araşdırma aparılır.
Özbəkistanın "Mədəniyyət və Mərifət" telekanalında Azərbaycanın turizm imkanlarına dair videoçarxın nümayişinə başlanıldı
Özbəkistanda Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2016-cı ildə Azərbaycanın turizm resurslarının Özbəkistanda təbliği, müalicəvi və istirahət turizm mərkəzlərinə dair çoxsaylı təqdimatlar keçirir.
Evdən 10 min manatlıq qızıl aparan tutulub
Oktyabrın 29-da Yasamal rayonu ərazisində yaşayan Vüqar Mustafayevin evindən naməlum şəraitdə 10 min manat dəyərində qızıl, gümüş və məişət əşyaları oğurlanıb. DİN-dən verilən məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Bəsti Nəcəfova tutulub.
Evdən oğurluq edənlər saxlanıb
Oktyabrın 29-da Bakı şəhər sakini Şakir Allahverdiyevə məxsus evdən 1000 manat pul və geyim əşyaları oğurlanıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakinləri Müşfiq Əliyev, Ramil Dadaşov, Ceyhun Abbasov və qardaşı Cavid tutulublar. C.Abbasovdan 0,191 qram, qardaşı Caviddən 0,185 qram, R.Dadaşovun evinə baxış zamanı isə oradan 0,55 qram heroin aşkar edilərək götürülüb.
Politoloq: “Münaqişə ilə bağlı vəziyyət bizi aprel döyüşlərinə sürükləyir”- AÇIQLAMA
“Son bir neçə ay ərzində atəşkəs rejimi ilə bağlı tendensiya azalmağa doğru gedirdi. Lakin hazırkı vəziyyətdə bunu demək çox çətindir. Çünki, son günlər ərzində atəşkəs rejimi daha çox pozulmağa başlayıb, erməni təxribatı davamlı şəkil alıb”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Rəsulzadənin nəvəsinin 70 illiyi qeyd edilib
Dünya Azərbaycanlıları Konqresinin (DAK) qərargahında xalqımızın böyük şəxsiyyətlərindən biri Məmmədəmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin 70 illik yubileyi münasibətilə görüş keçirilib.
AzTU-nun kitabxanasında müasir komplektləşdirmə şöbəsi yaradılıb
Azərbaycan Texniki Universitetinin (AzTU) kitabxana şöbəsinin maddi-texniki bazası gücləndirilir. Təhsil ocağından “OLAYLAR”- a bildirilib ki, universitetin kitabxanasının işinin əsas təşkil olunduğu komplektləşdirmə şöbəsi yenidən qurularaq müasir texnologiyalarla təmin olunub.
Dini ədəbiyyatlar satan mağazalarda xeyli qanun pozuntuları aşkarlanıb
"Bu gün Azərbaycanda dini ədəbiyyatın satışı ilə məşğul olan 160-dan artıq mağaza fəaliyyət göstərir. Onların əksəriyyətinin ixtisaslaşmış satış məntələqələri kimi fəaliyyət göstərməsinə icazəsi verilməyib".
"Sən fahişəxananı aç, söz veririk, sənə dəyib-dolaşan olmayacaq"
2013-cü ildə "terror təşkilatına üzv olmaq" , "qadın alveri" ilə təqsirləndirilən D.A.B. 19 ay həbsxanada olduqdan sonra sərbəst buraxılıb. O, ötən gün məhkəməyə çıxarılıb. D.A.B. məhkəmədəki ifadəsi ilə hər kəsi təəccübləndirib.
Məktəbdə ŞOK OLAY: - VİDEO
Müəllim aşağı sinif şagirdinin qolundan tutub... Eskişehirdə bir ibtidai məktəbdə müəllimin Cümhuriyyət bayramına hazırlaşan ibtidai sinif şagirdlərini qollarından tutub çölə atdığı anların görüntüləri yayılıb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, bir şəxsin mobil telefonunun kamerası ilə çəkdiyi görüntülər görənləri dəhşətə gətirib.
İŞİD komandirlərinin gizli görüşü zamanı güclü partlayış oldu
İraqın Mosul şəhərinin mərkəzində İŞİD terror qruplaşmasının komandirlərinin görüşü zamanı güclü partlayış baş verib.
Bakıda TÜKÜRPƏDİCİ OLAY
4 uşaq anası olan arvadını körpüdən atmaq istədi Bakının Hökməli qəsəbəsində kişi həyat yoldaşını polislərin gözü qarşısında körpüdən atmaq istəyib. Olaylar.az bildirir ki, bu barədə aznews.az-a Təmiz Dünya İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, əri tərəfindən zorakılığa məruz qalan 4 uşaq anası ölümlə hədələnib: "Qadın iki aydır ki, sığınacaqdadır. O, mütəmadi olaraq əri tərəfindən söyülüb, döyülüb və təhqir olunub. Əri arvadını evdən bayıra buraxmayıb. Bir yerə gedəndə qapını arxadan bağlayıb, axşam gələndə isə onu özü açırmış. Ərinin hərəkətlərindən bezən qadın 3 qızını götürərək evindən qaçıb. Oğlu isə ərində qalıb".
Noyabrda neçə qeyri-iş günü olacaq?
Azərbaycanda noyabrın 9-da Dövlət Bayrağı günü qeyd ediləcək. Olaylar.az report-a istinadən bildirir ki, bu münasibətlə həmin gün qeyri-iş günü hesab edilir. Noyabrın 9-u həftənin çərşənbə gününə təsadüf edir. Bu səbəbdən əlavə qeyri-iş günü olmayacaq.
İraq Ordusu İŞİD-dən yeni əraziləri azad etdi - SİYAHI
İraq Ordusunun antiterror dəstələri Mosul yaxınlığında Bazvaya yaşayış məntəqəsini və bir neçə kəndi İŞİD terror təşkilatının döyüşçülərindən azad edib.
“Canik”in batırdığı pullar uğrunda mübarizə: Babayevlər uduzur
Azərbaycan Beynəlxalq Bankı Rusiyanın Sankt-Peterburq şəhərinin Arbitraj məhkəməsində biznesmenlər Malik və Elşən Babayevlərə məxsus “Beynəlxalq Baltik İnvestisiya Şirkəti” ilə çəkişməni udub.














