AzTU-nun kitabxanasında müasir komplektləşdirmə şöbəsi yaradılıb
Azərbaycan Texniki Universitetinin (AzTU) kitabxana şöbəsinin maddi-texniki bazası gücləndirilir. Təhsil ocağından “OLAYLAR”- a bildirilib ki, universitetin kitabxanasının işinin əsas təşkil olunduğu komplektləşdirmə şöbəsi yenidən qurularaq müasir texnologiyalarla təmin olunub.
31 Oktyabr 2016 16:18 SosialAzərbaycan Texniki Universitetinin (AzTU) kitabxana şöbəsinin maddi-texniki bazası gücləndirilir. Təhsil ocağından "OLAYLAR"- a bildirilib ki, universitetin kitabxanasının işinin əsas təşkil olunduğu komplektləşdirmə şöbəsi yenidən qurularaq müasir texnologiyalarla təmin olunub. Bu şöbədə Universitetin bütün kitab fondu qeydə alınır və sistemli olaraq yerləşdirilir. Həmçinin magistrların dissertasiya işinin arxivləşdirilməsi və mətbu yayımın-qəzet və jurnalların qəbul edilərək paylanılması həyata keçirilir. Şöbədə yaradılan mühit gün ərzində xeyli sayda kitabın çeşidlənərək kodlaşdırılmasını mümkünləşdirib. Bundan əlavə yaradılan yeni abu-hava tələbələrin də diqqətindən yayınmayıb. Tələbələr üçün təşkil olunan yeni oxu zalı və sistemləşdirilmiş kataloqlar operativ şəkildə bilik əldə etməyə imkan verir. Bu prosesin daha da inkişaf etdirilməsi üçün komplektləşdirmə şöbəsinin müdiri Zöhrə Məmmədova AzTU-nun ictimai təşkilatları ilə birgə layihələr həyata keçirməyi planlaşdırır.