Gündəm
PKK ilə atışma: 3 türk hərbçi şəhid oldu
Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma olub.
Neymar tuneldə dalaşdı
"Barselona"nın hücumçusu Neymar "Qranada"nın müdafiəçisi Ruben Vezo ilə əlbəyaxa olub.
Diqqət! Qasırğa var!
Zəif geomaqnit həyəcanlaşması yaxın günlərdə də davam edəcək Günəşin səthində nisbi sakitlik hökm sürür və "gündüz ulduzu"muzun görünən tərəfində cəmi 12 ləkə və 1 zəif fəallıq qrupu (ləkələr toplusu) müşahidə olunur.
Astrid Lindqrenin “Uzuncorab Pippi” tamaşasının premyerası baş tutdu
2016-cı il oktyabr ayının 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində İsveç uşaq ədəbiyyatının ən məşhur nümayəndəsi Astrid Lindqrenin “Uzuncorab Pippi” səhnə əsərinin premyerası olmuşdur. A.Lindqren eyni zamanda “Damda yaşayan Karlsson”, “Lönneberqalı Emil”, “Madiken”, “Robberin qızı Ronya” və s. əsərlərin də müəllifidir.
Vyana səfərimdən qeydlər- VİDEO
Oktyabrın 27-28-də Vyanada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun insan inkişafı üzrə əlavə görüşü keçirildi. Bu görüş silahlı münaqişə zamanı jurnalistlərin hüquqlarının qorunması və jurnalistika fəaliyyəti də daxil olmaqla ifadə və media azadlığı məsələlərinə həsr edilmişdi. Əsasən üç məsələnin müzakirəsi nəzərdə tutulmuşdu:
“Azəriqaz” İstehsalat Birliyində xarici audit keçirilib
Bu günlərdə “Azəriqaz” İstehsalat Birliyində Türk Standartları İnstitutu tərəfindən EN ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi” və EN ISO 50001 “Enerji idarəetmə sistemi” standartları üzrə nəzarət, EN ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” və OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” standartları üzrə isə yenidən sertifikatlaşdırma auditi keçirilib.
''Neft Daşları'' yatağında yeni quyu istismara verilib
“Azneft” İstehsalat Birliyinin sifarişi ilə daha bir quyu istismar fonduna qəbul edilib. “OLAYLAR”-ın xəbərinə görə, “Neft Daşları” yatağındakı 2585 saylı stasionar dəniz özülündən qazılmış 2582 nömrəli quyu istismara verilib. Qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu 2410-2395 metr intervaldan sutkalıq 20 ton neft və 1000 kubmetr qaz ilə istismar fonduna daxil edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.
Arzu Rəhimov Oğuzda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov niyabrın 17-də Oğuz rayon bölməsinin inzibati binasında vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri iştirak edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 14.11.2016-cı il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
“Tarixi şəxsiyyətlərimizə sahib çıxaq”
Oktyabrın 31 –də II Azərbaycan Elm Festivalı çərçivəsində “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” mövzusu ətrafında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun orta məktəb şagirdləri ilə görüşü olub.
85 yaşlı qadının meyiti evində tapılıb
Sumqayıtda mənzildə 85 yaşlı qadının meyiti tapılıb. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1931-ci il təvəllüdlü Ədiqə Qurban qızı Həsənovanın meyitini aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 00:40-da başa çatıb.
Vəsiqəsiz maşını idarə edən sürücü hamilə qadını vuraraq qaçıb
Hamilə qadını Abşeron rayonunda yolu piyada keçidi ilə keçərkən avtomobil vurub. Məlumata görə, hadisə Saray qəsəbəsi Mikayıl Müşviq küçəsində qeydə alınıb. Həmin küçədə piyada keçidi ilə hərəkət edən Əliyeva Elnarə Əlisəttar qızını “QAZ 31029” markalı avtomobil vuraraq, hadisə yerindən qaçıb.
Deputatımız Avronest Parlament Assambleyasının tədbirinə qatılacaq
Oktyabrın 31-də və noyabrın 1-də Avronest Parlament Assambleyasının Siyasi məsələlər, insan hüquqları və demokratiya, Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclasları keçiriləcək. Milli Məclisdən verilən məlumata görə, iclaslarda Milli Məclisin deputatları Rasim Musabəyov və Məlahət İbrahimqızı iştirak edəcəklər.
Dubay havalimanı bağlandı!
Dünyanın ən böyük hava limanlarından olan Dubay aeroportunun uçuş sahəsinə daxil olan insansız uçuş aparatı (İHA) səbəbi ilə müvəqqəti olaraq dayandırılıb. Havalimanının təhlükəsizlik xidməti İHA-nı az bir zaman içində uçuş sahəsindən uzaqlaşdırıb və uçuşlar bərpa edilib. Hal-hazırda olay ilə əlaqədar təhqiqat başladılıb.
Abşerondan qaçırılan avtomobil Qazaxda saxlanıb
Oktyabrın 20-də Abşeron rayon sakini Rahib Cəbrayılova məxsus "Mercedes" markalı avtomobilin oğurlanıb. DİN-dən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Mersedes” markalı avtomobilin dövlət qeydiyyat nişanları üzərində olan "Hyundai" markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb. Avtomobil sürücüsü - Bakı şəhər sakini Elman Novruzovla birlikdə Qazax RPŞ-yə təhvil verilib.
Sumqayıt sakinindən 10 kq narkotik vasitə götürülüb
Sumqayıt sakinindən narkotik vasitə götürülüb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Turan Kərimovdan 9 kiloqram 760 qram marixuana və 1 kiloqram 25 qram tiryək götürülüb.














