85 yaşlı qadının meyiti evində tapılıb
Sumqayıtda mənzildə 85 yaşlı qadının meyiti tapılıb. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1931-ci il təvəllüdlü Ədiqə Qurban qızı Həsənovanın meyitini aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 00:40-da başa çatıb.
31 Oktyabr 2016 16:56 SosialSumqayıtda mənzildə 85 yaşlı qadının meyiti tapılıb. "Olaylar"ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1931-ci il təvəllüdlü Ədiqə Qurban qızı Həsənovanın meyitini aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 00:40-da başa çatıb.