İstiqlal Muzeyinin ekspozisiyasında sərgi-tədbir keçiriləcək
Noyabrın 2-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihə çərçivəsində cari ilin aprel döyüşlərində həlak olan polkovnik Vüqar Yusifova həsr olunmuş sərgi-tədbir keçiriləcək.
31 Oktyabr 2016 15:43 SosialNoyabrın 2-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında "Torpaq uğrunda ölən varsa Vətəndir!" adlı layihə çərçivəsində cari ilin aprel döyüşlərində həlak olan polkovnik Vüqar Yusifova həsr olunmuş sərgi-tədbir keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, bu ildən Azərbaycan İstiqlal Muzeyi Milli Qəhrəmanlarımızı bir daha anmaq məqsədilə "Torpaq uğrunda ölən varsa Vətəndir" adlı layihəyə start verib. Bu layihə çərçivəsində Muzey Bakı şəhərində yerləşən bir sıra məktəblərdə, hərbi hissələrdə Milli Qəhrəmanların, onların ailə üzvlərinin iştirakı ilə müxtəlif tədbirlər, sərgilər keçirib. Bugünkü tədbir cari ilin aprel döyüşlərində həlak olan Vüqar Yusifova həsr olunub. Vüqar Yusifov 2 noyabr 1976-cı ildə Şəmkir Rayonunun Şiştəpə kəndində dünyaya gəlmişdir. Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbində təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra, Azərbaycana qayıdıb və Müdafiə Nazirliyinin N saylı Xüsusi Təyinatlı hərbi hissəsində rota komandiri kimi fəaliyyətə başlamışdır. Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə qədər yüksəlmiş Vüqar Yusifov, 19 Mart 2016-cı ildə, 40 yaşında polkovnik rütbəsi almışdır. Müdafiə Naziri tərəfindən qüsursuz xidmətlərinə görə dəfələrlə medallarla təltif olunmuşdur. Aprelin 4-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Muzeydə təşkil olunmuş sərgidə Vüqar Yusifovun şəxsi əşyaları nümayiş olunacaq.