Gündəm

Mişel Obama ilə bağlı feysbuka şərh yazan mer qovuldu

16 Noyabr 2016 15:19

ABŞ-ın Qərbi Virciniya ştatında şəhər meri birinci xanım Mişel Obama ilə bağlı feysbukda yazdığı irqçi şərhə görə işdən qovulub. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər şurası artıq yeni merin axtarışlarına başlayıb.

Əli Abbasov DANIŞDI: "250 milyon absurd bir rəqəmdir"

16 Noyabr 2016 15:17

Tamamilə yanlış məlumatlardır. Mən işlədiyim dövrdə nazirlikdə bu məbləğdə tikinti quraşdırma işləri aparılmayıb.

Nazirliyin yüksək vəzifəli məmurları həbs olunmağa yaxındır

16 Noyabr 2016 15:15

Rusiyada 2 milyon rüşvət almaqda ittiham edilərək saxlanılan sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin yaxın çevrəsində araşdırmalar aparılır.

Çağrı Mərkəzinə 1678 müraciət daxil olub

16 Noyabr 2016 15:03

2016-cı ilin sentyabr-oktyabr ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 1678 müraciət qeydə alınıb. Müraciətlərin 827-si sentyabr ayında, 851-isə oktyabr ayında daxil olub.

Uşaq hüquqları ilə bağlı tədbir keçiriləcək

16 Noyabr 2016 15:01

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə 18 noyabrda “Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız” mövzusunda tədbir keçiriləcək.

Neft hasilatı 0,8 faiz, qaz hasilatı isə 5,0 faiz azalıb

16 Noyabr 2016 15:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-oktyabr aylarında 26,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz az sənaye məhsulu istehsal edilib. Statistika Komitəsindən verilən məlumata görə, sənaye məhsulunun 65,8 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Nazir Almaniya səfirini qəbul edib

16 Noyabr 2016 14:58

İqtisadiyyat naziri Şahin Mustafayev Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabı qəbul edib. Nazir Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini diqqətə çatdırıb.

“Mavi balina” hərbi dəniz təlimləri

16 Noyabr 2016 14:56

19-28 noyabr tarixlərində Türkiyənin ev sahibi olduğu geniş miqyaslı “Mavi balina” hərbi dəniz təlimləri keçirliəcək. Təlimlər Aralıq dənizinin Şərq bölgəsi, Türkiyənin və NATO ölkələri, ABŞ, Pakistan, Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələrinin birgə iştirakı ilə keçiriləcək. Türkiyə tərəfindən təlimlərə 4 freqat, 5 sualtı qayığı, 1 korvet, 2 nəqliyyat gəmisi və çoxlu sayda helikopter, təyyarə cəlb ediləcək. Təlimlər zamanı dəniz, hava və dənizaltı döyüş ünsürlərinin birgə hərəkəti gözlənilir. Hərbi Dəniz təlimlərində bir çox ölkədən gələn müşahidəçilərin iştirak edəcəyi də gələn xəbərlər sırasındadı. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

Qaçaqmalçılar yaxalandılar

16 Noyabr 2016 14:54

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb.

FANA-nın baş katibi: "Biz bu şərəfli missiyada uğur qazanacağıq"

16 Noyabr 2016 14:51

"Bu konfrans böyük əhəmiyyət kəsb edir. Konfrans dünya xəbər agentliklərinin inkişafında xüsusi rola malikdir. Bildiyiniz kimi bu konfrans artıq V konfransdır". SİA-nın məlumatına görə, bunu bugün jurnalistlərə açıqlamasında FANA-nın baş katibi Fərid Əyyar Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində iştirakı zamanı jurnalistlərə açıqlamasında deyib.

Deputat: “Azərbaycan iqtisadi islahatlar mərhələsini uğurla keçir”

16 Noyabr 2016 14:48

“Dünyadakı böhranlar fonunda dayanıqlı inkişafını təmin edən Azərbaycan hazırda Prezident İlham Əliyevin bu ilin əvvəllərində elan etdiyi iqtisadi islahatlar mərhələsini uğurla keçir”. Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib. İ.Məmmədov bildirib ki, dövlət başçısının neftdən asılılığı azaltmaq, ixracı stimullaşdırmaq, idxaldan asılılığı zəiflətmək və ümumilikdə qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edən sərəncam və fərmanları bu sahədə əsaslı dönüş yaradıb.

Azərbaycanda internet televiziyaların fəaliyyəti tənzimlənə bilər

16 Noyabr 2016 14:45

“Efir televiziyası, kabel televiziyasının fəaliyyəti tənzimlənirsə, nədən internet televiziyasının fəaliyyəti tənzimlənməsin?! Avropa ölkələri optimal variant qəbul etsə, biz də bu qərarı dəstəkləyəcəyik”.

Türkan Şorayın Bakı səfəri ləğv olundu

16 Noyabr 2016 14:43

Məşhur aktrisa Türkan Şoray Bakıya gəlməyəcək. Olaylar.az  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Yunis Əmrə İnstitutundan deyilib. 

Azərbaycanlı müğənni həbs edildi

16 Noyabr 2016 14:41

Əslən azərbaycanlı olan tanınmış Türkmənistan müğənnisi Nazir Həbibov narkotik ittihamı ilə 12 il azadlıqdan məhrum edilib. Azadliq.org bildirir ki, o, istifadə etmək üçün dəfələrlə narkotik maddə əldə etməkdə ittiham olunur.

Mətbuat Şurası APA-nı təbrik edib

16 Noyabr 2016 14:39

Azərbaycan Mətbuat Şurası APA-ya fəaliyyətə başlamasının 12 illiyi münasibəti ilə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: