Qaçaqmalçılar yaxalandılar

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb. "Olaylar" - a verilən məlumata görə 2016-cı il oktyabrın 27və 28-də Astara gömrük idarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 8 kiloqram olan 291 qram qızıl külçələri bədənlərinin müxtəlif nahiyələrinə bağlamaqla çıxarmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları C.Cəfərov və A.Nəhmətov saxlanıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən aparılan araşdırmalar nəticəsində, əldə etdikləri qızıl məmulatlarını külçə halına salaraq Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli çıxarmaqda şübhəli bilinən daha 6 nəfər saxlanılıb. Aparılmış axtarışlar zamanı qanunsuz sexdə fəaliyyət göstərən şəxslərin qaçaqmalçılıq yolu ilə ölkədən külçə halına salınmış müxtəlif qızıl - zinət əşyalarını çıxatrmaq istədikləri məlum olub.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31