Çağrı Mərkəzinə 1678 müraciət daxil olub
2016-cı ilin sentyabr-oktyabr ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 1678 müraciət qeydə alınıb. Müraciətlərin 827-si sentyabr ayında, 851-isə oktyabr ayında daxil olub.
16 Noyabr 2016 15:03 Sosial2016-cı ilin sentyabr-oktyabr ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 1678 müraciət qeydə alınıb. Müraciətlərin 827-si sentyabr ayında, 851-isə oktyabr ayında daxil olub. Nazirlikdən verilən məlumata görə, daxil olan 38 müraciət nazir Heydər Əsədov tərəfindən vətəndaşların regionlarda keçirilən qəbulunda istirak etmək, 31 müraciət pambıq yığımının vaxtında aparılması və dəyərinin ödənilməsi, 7 müraciət iri buynuzlu mal-qara arasında aparılmış süni mayalama tədbirləri nəticəsində doğulan hər buzova görə kompensasiya ödənilməsi, 531 müraciət subsidiyaların kart hesablarına köçürülməsi, kartların dəyişdirilməsi ilə bağlı olub. Həmçinin müraciətlərin 8-i qarğıdalı əkinlərinin biçilməsi üçün aqroservislər tərəfindən kombaynların ayrılması, 20-si güzəştli şərtlərlə kreditlərin alınması, 30-u taxıl toxumuna olan tələbatın ödənilməsi, 21-i torpaq icarəsi müqavilələrinin rəsmiləşdirilməsi, 17-si son zamanlar dövlət aktı ilə vətəndaşlara verilmiş pay torpaqlarına bələdiyyələr, dügər hüquqi və fiziki şəxslərin müdaxilə etməsi və zəbt etmə halları, eyni zamanda DKTİM-dən icarəyə torpaq sahələrinin götürülməsi, 46-sı əkin və bağ sahələrinin suvarılmasına köməklik göstərilməsi, 12-si Bakı şəhərinin müxtəlif yerlərində şənbə və bazar günlərində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satış yarmarkaların fəaliyyətinin təkmillilləşdirilməsi, 44-ü gübrələrin güzəştli şərtlərlə satışı, 54-ü yeni kənd təsərrüfatı texnikarını, xüsusən toxum səpənin alınması, 518-i arıçılıq məhsullarının satış yarmarkasında iştirak etmək üçün qeydiyyatın aparılması və balın analizi ilə (onun 323-ü qeydiyyatla bağlı olmuşdur) əlaqədar olub.