Uşaq hüquqları ilə bağlı tədbir keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə 18 noyabrda “Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız” mövzusunda tədbir keçiriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə 18 noyabrda "Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız" mövzusunda tədbir keçiriləcək. Bu barədə Komitədən verilən məlumata görə, tədbir zamanı uşaqlarla aktiv müzakirələrin aparılması, həmçinin uşaqlar arasında elan edilmiş müsabiqəyə uyğun olaraq uşaq hüquqları ilə bağlı məsələləri, onların fikirlərini özündə birləşdirən ən uğurlu təqdimatın nümayişi də planlaşdırılır.Tədbirdə UNICEF, Daxili İşlər Nazirliyi, Ombudsman Aparatı nümayəndələrinin, həmçinin Bakı şəhərinin hər bir rayonunu təmsil edən uşaqların iştirakı nəzərdə tutulub. Qeyd edək ki, uşaq hüquqları sahəsində qəbul edilmiş ən mühüm sənədlərdən biri olan BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etdikdən sonra qoşulduğu ilk mühüm beynəlxalq sənədlərdən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31