Gündəm
"Valday" müzakirələri: qlobal siyasətin çətinlikləri və dünya ağalığı iddiaları
İndi hamı dünya miqyasında mövcud olan problemlərdən danışır. Mütəxəssislər və siyasətçilər vəziyyətin getdikcə mürəkkəbləşdiyini, meydana yeni təhdidlərin çıxdığını və qlobal trendlərin qeyri-müəyyənliyini vurğulayır, bu əsasda yaxın perspektivdə bəşəriyyəti nələrin gözləyə biləcəyini proqnozlaşdırmağa çalışırlar. Maraqlıdır ki, böyük dövlətlərin liderləri belə hesab edirlər ki, proseslər bu istiqamətdə davam etdiyi təqdirdə olduqca təhlükəli durum ortaya çıxa bilər. Lakin daha təəccüblüsü odur ki, bu fikirləri söyləyənlər konkret xilas yolu göstərmirlər - hər kəs qarşısındakını ittiham edir. Bu isə beynəlxalq münasibətlərdə dialoq imkanlarını heçə endirir. Milli.Az newtimes.az-a istinadən bildirir ki, o cümlədən universal beynəlxalq təşkilatların təkmilləşdirilməsi işinə əngəllər törədir. Bu kimi məsələlərin müzakirəsinə həsr edilmiş "Valday" beynəlxalq diskussiya klubunun növbəti tədbiri maraqlı keçib. Burada Rusiya Prezidenti Vladimir Putin də çıxış edib.
Türkiyədə 121 polis əməkdaşı işdən azad edilib
Türkiyənin Van bölgəsində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı davam edən istintaq çərçivəsində 121 polis əməkdaşı tutduğu vəzifədən uzaqlaşdırılıb.
Samirə ilə Gülüstan arasında qalmaqal: "Saçını yolacam"
Əməkdar artist Gülüstan Əliyeva ilə meyxanaçı Samirə Yusifqızı arasında qalmaqal yaşanıb. Olaylar.az axşam.az-a istinadən bildirir ki, S.Yusifqızı "10-dan sonra" verilişində qarşı tərəfi yalan danışmaqda günahlandırıb.
Ermənilər məni öldürmək istəyirdilər
"Dedim ki, Qarabağ bizimdir, mən burada öz mahnımı oxuyacağam. Bundan sonra dava düşdü, ölümlə üz-üzə qaldıq". Əməkdar artist, xanəndə Babək Niftəliyev bir neçə il öncə Tiflis şəhərində keçirilən konsert zamanı ermənilərin ona qarşı törətdiyi təxribatdan söz açıb.
Mikroavtobus uçuruma düşdü - 10 ölü
Çinin cənubunda Yunnan vilayətində sərnişin mikroavtobusu 500 metr dərinliyində uçuruma yuvarlanıb.
Prezident İlham Əliyev: "Biz öz gündəliyimizi - uğurlu multikulturalizm gündəliyini təklif edirik"
"Biz öz gündəliyimizi - uğurlu multikulturalizm gündəliyini təklif edirik" Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışında deyib.
Azərbaycanda sevgi qurbanları: Yeznə və baldız sevgisinin faciəvi sonu – FOTOLAR + VİDEO 18+
Son zamanlar ölkəmizdə intiharların sayı həddindən artıq çoxalıb. Ən acınacaqlı məqam burasındadır ki, həyat uğrunda mübarizədən imtina edib, canına qəsd edənlərin əksəriyyəti yetkinlik yaşına çatmayanlar və gənclərdir. Ömrünün bahırında intihar edən həmin bu insanların əksəriyyəti isə nakam sevgi qurbanlarıdır.
Nəsimi rayonunda 16 noyabr- “Beynəlxalq Tolerantlıq Günü” qeyd olunub
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında 16 noyabr – “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov bildirib ki, “Beynəlxalq Tolerantlıq Günü” - 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır.
Ərdoğan: "Türkiyə Pakistana istənilən dəstəyi göstərməyə hazırdır"
"Türkiyə Pakistana istənilən dəstəyi göstərməyə hazırdır". Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Pakistana səfərindən əvvəl jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Anasını 243 yerindən bıçaqladı, sərbəst buraxıldı
Türkiyədə anasını 243 yerindən bıçaqlayıb öldürən qatilə həbs cəzası verilməyib. Milli.Az "Haberler"ə istinadla xəbər verir ki, cinayət 19 yanvarda törədilib. Bursada 29 yaşlı Selçuk Bakıryapan 67 yaşlı anası Muazez Bakıryapanı 243 yerindən bıçaqlayaraq öldürüb.
Cəlilabadda torpaq sürüşməsi yenidən aktivləşib
Son günlər Cəlilabad rayonunun dağlıq ərazilərində yerləşən bəzi yaşayış məntəqələrində torpaq sürüşmələri yenidən aktivləşib. Olaylar.az APA-ya istinadən bildirir ki, buna səbəb kimi son günlərdə bölgəyə normadan artıq yağıntının düşməsi göstərilir.
Bakıda müəmmalı ölüm dalğası, 6-cı günün sirri
Canına qıyanlar eyni yaşda olublar. Hamısı 6-cı gün intihar edib və hamısının da cibindən məktub çıxıb. Ayrıca, intihar edən uşaqların hamısı kasıb ailələrin uşaqlarıdır.
Deputat təklif edir: “Torpaq sahələri laboratoriya edilsin”
Deputat Cavanşir Paşazadə torpaq sahələrinin laboratoriya edilməsi ilə bağlı təklif irəli sürüb. Parlamentin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Cavanşir Paşazadə deyib ki, hazırda təsərrüfat sahəsində məşğul olan insanlar üçün bütün şəraitlər yaradılıb: “Bunlar həm satış, həm də məhsulun aparılması ilə bağlı görülən işlərdir.
Cinayət təqibi zamanı hal şahidlərindən imtina olunur
Azərbaycanda cinayət təqibi zamanı hal şahidi olmadan əməliyyat aparan orqan tərəfindən videoçəkilişin aparılması mümkün olacaq. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bununla bağlı Cinayət-Prosessual Məcəllənin 236.4 və 244.1 maddələrinə əlavələr müzakirə edilib.
Məhkəmə-Hüquq Şurası: 70 hakim vəzifəsindən kənarlaşdırılıb
Azərbaycanda hakimlərin sayının artırlmasına baxmayaraq hələ də məhkəmə-hüquq sitemində müəyyən problemlər mövcuddur. Bunu Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət qruculuğu komitəsinin iclasında “Məhkəmlər və hakimlər haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.














