Anasını 243 yerindən bıçaqladı, sərbəst buraxıldı 

Türkiyədə anasını 243 yerindən bıçaqlayıb öldürən qatilə həbs cəzası verilməyib. Milli.Az "Haberler"ə istinadla xəbər verir ki, cinayət 19 yanvarda törədilib. Bursada 29 yaşlı Selçuk Bakıryapan 67 yaşlı anası Muazez Bakıryapanı 243 yerindən bıçaqlayaraq öldürüb.

Türkiyədə anasını 243 yerindən bıçaqlayıb öldürən qatilə həbs cəzası verilməyib.

Milli.Az "Haberler"ə istinadla xəbər verir ki, cinayət 19 yanvarda törədilib. Bursada 29 yaşlı Selçuk Bakıryapan 67 yaşlı anası Muazez Bakıryapanı 243 yerindən bıçaqlayaraq öldürüb.

Onun məhkəməsi baş tutub. Məhkəməyə təqdim edilən arayışla sübut edilib ki, o, şizofreniyadan əziyyət çəkir. Buna görə də ona həbs cəzası verilməyib. Qatil psixatriya xəstəxanasına göndərilib, müalicə edilir.

Qeyd edək ki, Selçuk ifadəsində: "Anam üstümə qışqırdı, əsəbləşib bıçaqladım", - demişdi. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31