Gündəm
Gələn il 100 hakim vəzifəyə təyinat alacaq
2017-ci ildə yüzədək namizəd hakim vəzifəsinə təyinat alacaq. Bunu Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, hazırda hakim vəzifələrinə seçkilərlə bağlı növbəti seçim mərhələsi gedir və 2017-ci ilin yanvarın 1-dən etibarən hakimlərin tədrisinə balanılacaq.
Deputat: “Bəzən bələdiyyələrlə icra hakimiyyətləri arasında səlahiyyət məsələsinə görə anlaşılmazlıq olur”
Noyabrın 16-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. İclasda “ Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “ Hidrometerologiya fəaliyyəti haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Sözügedən qanun layihələri “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun tətbiqi ilə əlaqədardır. Belə ki, həmin qanuna əsasən normativ hüquqi akta dövlət orqanının səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsi “orqan edə bilər”, “bir qayda olaraq”, “müstəsna hallarda yol verilir” və.s kimi buna bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir.
İran XİN: Azərbaycan viza rejiminin ləğvinə söz verməyib
“Azərbaycan və İran arasında məhbusların mübadiləsi prosesi hissə-hissə davam etdirilir”. Bunu APA-nın Tehran bürosuna açıqlamasında İran xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini Həsən Qəşqavi deyib.
İmtahanlarda qaydaları pozan 121 nəzarətçi bazadan xaric edilib
Nəzarətçi-müəllimlərlə bağlı aparılan araşdırmanın nəticələri açıqlayıb Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş nəzarətçi-müəllimlərin fəaliyyətinin təhlili ilə bağlı araşdırmanı yekunlaşdırıb. DİM-dən APA-ya verilən xəbərə görə, ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına, ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi – buraxılış imtahanlarına orta ümumtəhsil müəssisələrindən nəzarətçi qismində cəlb edilmiş müəllimlərin fəaliyyəti, hər il, imtahanlar başa çatdıqdan sonra qiymətləndirilir. Bu zaman onların imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, köçürmə hallarına şərait yaratmaması, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində nəzarətçi haqqında rəyləri, imtahanlarda fəal iştirakı və s. araşdırma aparılır.
Vəkil: "Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Yeni iş yerlərinin yaradılması diqqət mərkəzindədir
“Hər bir ölkədə uğurlu iqtisadi inkişafın səmərəliliyi ilk növbədə sosial sferanın adekvat şəkildə diqqət mərkəzində saxlanılması ilə ölçülür. Bu mənada qeyd edə bilərik ki, Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib. R.Əliyev bildirib ki, sosial dövlət olan Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, maddi təminatının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir. Onun sözlərinə görə, respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Deputatlar etiraz edir
Hal şahidlərinin saxlanılmasının məcburi olmamasına “Azərbaycanda belə fikirlər var ki, guya çox zaman cinayət təqibi zamanı əməliyyat-istintaq hərəkətlərini aparan orqanlar maddi sübutları özləri hadisə yerinə qoyur və sonra da götürürlər”.
Sabahın havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 17-də arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Türkiyə prezidenti: "Almaniya yanlış oynayır"
"Almaniya işini etibarlı görmür. Terror bumeranq kimi dönüb bir gün Almaniyanı da vuracaq". Olaylar.az report-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.
"Associated Press"in vitse-prezidenti: "Azərbaycanda dinamik inkişaf var"
"Azərbaycan bu gün mətbuat aləmində çox mühüm bir tədbirə ev sahibliyi edir, bu tədbir, demək olar ki, bütün dünya informasya agentliklərini birləşdirir".
"V Konqres dünya xəbər agentlikləri üçün vacib əhəmiyyət kəsb edir"
"Dünya Xəbər Agentliklərinin V Konqresinə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk". Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Dünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Xəbər Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn jurnalistlərə deyib
Rusiya hökuməti təcili iclas keçirir
Rusiya hökuməti təcili olaraq toplantı keçirir. Olaylar.az report-a istinadən xəbər verir ki, iclas Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. "Sizinlə bir məsələni məsləhətləşmək istəyirəm. Gündəliyimizin vaxtında dəyişiklik olub. Saat 12:00-da (Moskva vaxtı ilə - red.) hökumətin təcili iclası olacaq", - deyə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko noyabrın 16-da şuranın toplantısında bildirib.
İrina Bokova: "Bu təşəbbüsə görə Azərbaycan prezidentinə təşəkkür edirəm"
"Azərbaycan prezidenti İlham Əliyevə media sahəsində belə təşəbbüslərlə çıxış etdiyinə görə təşəkkür edirəm". SİA-nın məlumatına görə, bunu bu gün YUNESKO-nun baş direktoru İrina Bokova Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində səslənən video-müraciətində bildirib.
Engida Getaçyu: "Bakıda dünya mediasında olan bir çox problemlər öz həllini tapacaq"
"Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi çox mühüm əhəmiyyətə malikdir. Burada dünya mediasında olan bir çox problemlər öz həllini tapacaq". Bunu SİA-ya açıqlamasında YUNESKO-nun direktor müavini Engida Getaçyu deyib.
Aslan Aslanov: "Yeniliyə qarşı müqavimət göstərmək yox, onunla ayaqlaşmaq lazımdır"
"Dünyanın informasiya siyasətinin istiqamətini müəyyənləşdirən agentliklərin rəhbərləri Azərbaycanın müstəqilliyinin 25-ci ildönümündə ölkəmizə gəliblər. Azərbaycanı yüksək aktor səviyyəsinə yüksəltdiyinə, bu tədbirə xüsusi diqqət yetirdiyi üçün prezident İlham Əliyevə təşəkkür edirəm". SİA-nın xəbərinə görə, bunu AzərTAC-ın baş direktoru Aslan Aslanov Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışı zamanı deyib.














