Deputat: “Bəzən bələdiyyələrlə icra hakimiyyətləri arasında səlahiyyət məsələsinə görə anlaşılmazlıq olur”

 Noyabrın 16-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. İclasda “ Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “ Hidrometerologiya fəaliyyəti haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Sözügedən qanun layihələri “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun tətbiqi ilə əlaqədardır. Belə ki, həmin qanuna əsasən normativ hüquqi akta dövlət orqanının səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsi “orqan edə bilər”, “bir qayda olaraq”, “müstəsna hallarda yol verilir” və.s kimi buna bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir.

Noyabrın 16-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. İclasda " Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", " Hidrometerologiya fəaliyyəti haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Sözügedən qanun layihələri "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanunun tətbiqi ilə əlaqədardır. Belə ki, həmin qanuna əsasən normativ hüquqi akta dövlət orqanının səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsi "orqan edə bilər", "bir qayda olaraq", "müstəsna hallarda yol verilir" və.s kimi buna bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir. Bu dəyişikliklər dövlət orqanı, vəzifəli şəxs öz səlahiyyətlərini həyata keçirərkən onun tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısını almağa xidmət edir. Komitə sədri, deputat Eldar İbrahimov təklif edilən dəyişiklərin vacib olduğunu bildirib. Millət vəkili Eldar Quliyev isə qeyd edib ki, bu gün ailə təsərrüfatları rayonlarda inkişaf edir: "Bəzən bələdiyyələrlə icra hakimiyyətləri arasında səlahiyyət məsələsinə görə anlaşılmazlıq olur. İndi bu dəyişikliklərlə anlaşılmazlıqlar aradan qalxacaq". Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31