Mişel Obama ilə bağlı feysbuka şərh yazan mer qovuldu
ABŞ-ın Qərbi Virciniya ştatında şəhər meri birinci xanım Mişel Obama ilə bağlı feysbukda yazdığı irqçi şərhə görə işdən qovulub. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər şurası artıq yeni merin axtarışlarına başlayıb.
16 Noyabr 2016 15:19 DünyaABŞ-ın Qərbi Virciniya ştatında şəhər meri birinci xanım Mişel Obama ilə bağlı feysbukda yazdığı irqçi şərhə görə işdən qovulub.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər şurası artıq yeni merin axtarışlarına başlayıb.
Merin işdən qovulmasına səbəb yerli qeyri-kommersiya şirkətlərindən birinin direktorunun statusuna yazdığı şərh olub.
Qeyd edək ki, direktor Pamela Teylor statusunda xanım Obamanı hündürdaban geyinmiş meymun adlandırmışdı.
Mer isə şərhində: "Sən məni sevindirdin, Pem", - yazaraq şirkət direktorunu dəstəkləmişdi.
Mer Uelinqin səlahiyyət müddətinin bitməsinə hələ 3 il vardı.