Gündəm
PTİ-nin baş direktoru: "V Konqres xəbər agentlikləri arasında daha böyük həmrəyliyə gətirəcək"
Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası çox mühüm bir tədbirdir və xəbər agentlikləri arasında daha böyük həmrəyliyə gətirəcək.
Milli qəhrəmanlarımız gənclər üçün vətənpərvərlik nümunəsidir
Azərbaycanın milli qəhrəmanları, şəhid oğul və qızlarına göstərilən yüksək ehtiram, onların adlarının əbədiləşdirilməsi gənclər arasında vətənpərvərlik hisslərini birə-beş artırır. Bu kimi tədbirlər gəncləri Vətən uğrunda canını fəda verən qəhrəman oğullarımıza oxşamağa sövq edir.
“Ailə dəyərlərimiz film və fotolarda” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb
“Şərq qapısı” xəbər verir ki, noyabrın 15-də Naxçıvan şəhərindəki “Gənclər Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Ailə dəyərlərimiz film və fotolarda” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb.
“Canımız Qarabağ, yazımız Qarabağ!” layihəsi Cəbrayılda
Noyabrın 15-də Cəbrayılın on bir saylı məcburi köçkün qəsəbəsində (Biləsüvar) “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, Yazımız Qarabağ” layihəsi çərçivəsində ziyalılar, gənclər və ictimaiyyətin müxtəlif təbəqələrilə görüş keçirilib.
Hər bir gənc vətəninin tarixini bilməlidir
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması istiqamətində gənclər təşkilatlarının da üzərinə böyük vəzifə düşür. Gənclərdə milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsi yönündə bir sıra kompleks tədbirlər həyata keçirilir.
Ölkə gənclərinə yeni imkanlar yaradılır
Risk qrupuna daxil olan gənclərin sosial adaptasiyası təmin ediləcək Azərbaycanda “Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişiklərin edilməsi nəzərdə tutulur. Artıq yeni qanun layihəsi parlamentin gənclər və idman komitəsində müzakirədən keçib. Təklif olunan dəyişikliyə görə, 18 yaşı tamam olmayan gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi, sağlam gəncliyin formalaşdırılması məqəsədi ilə bir sıra qadağanedici müddəalar nəzərdə tutulur.
“Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir”
“Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mexanizmlərə baxılmalıdır” Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində Ermənistan-Azrbaycan münaqişəsindən danışan Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bildirib:
Həmsədr dövlətdən təcavüzkara hərbi dəstək
Rusiya prezidenti Vladimir Putin Ermənistanla Vahid Ordu Birləşmələrinin yaradılması haqda bir müddət öncə əldə olunan razılaşmanı imzalamaq haqqında sərəncam verib. Sərəncama əsasən, Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi müqavilənin imzalanması üçün Ermənistanla danışıqlar aparmalı və razılaşma imzalanmalıdır. Vahid Ordu Birləşmələri dinc şəraitdə Ermənistanın Baş Qərargahına, müharibə şəraitində isə Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinə tabe olacaq. Bu, faktiki olaraq, Rusiyanın Ermənistanda hərbi gücünü artırması və ümumilikdə bölgədə möhkəmlənməsidir.
Milli Məclis baş prokurorun təklifini plenar iclasda müzakirə edəcək
Noyabrın 16-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. İclasda baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövləti başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı göndərdiyi təklif müzakirəyə çıxarılıb. Layihəyə əsasən, bu maddədə “və ya kütləvi informasiya vasitəsində” sözləri “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilir.
Daha bir məmur rüşvət alarkən tutuldu
Ukraynanın Slavyansk şəhərinin mer müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.
Türkiyə İsrailə səfir təyin etdi
Türkiyənin İsrailə təyin etdiyi səfirin adı məlum olub.
Putin Rusiyanı beynəlxalq razılaşmadan çıxardı
Rusiya Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Roma nizamnaməsindən çıxır. Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.
Stressi azaldan musiqi - VİDEO
“Mindlab International” mərkəzindən olan neyrobioloqlar bu dəfə musiqi ilə bağlı maraqlı bir araşdırma aparıb. Araşdırmalar nəticəsinə Marconi Unionun “Weightless” kompozisiyasına qulaq asan insanların stressinin 65% azaldığını ortaya çıxıb.
TƏKLİF: Marixuana leqallaşdırılsın
Gürcüstanın “Qirçi" müxalifət partiyası ölkədə şəxsi ehtiyaclar üçün marixuananın leqallaşdırılmasını tələb edir. Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda partiyanın lideri Zurab Çaparidze bildirib.
244 nəfər iştirakçının biznes-planı uğurlu hesab edilib
Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamının praktik icrası istiqamətində işlər davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramı üzrə təşkil etdiyi təlim kurslarına indiyədək respublikanın 68 şəhər və rayonu üzrə 1295 nəfər işaxtaran və işsiz vətəndaş cəlb edilib ki, onlardan artıq 469 nəfəri bu kursları başa çatdırıb.














