“Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir”

 “Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mexanizmlərə baxılmalıdır” Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində Ermənistan-Azrbaycan münaqişəsindən danışan Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bildirib:

"Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mexanizmlərə baxılmalıdır"
 

Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində Ermənistan-Azrbaycan münaqişəsindən danışan Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bildirib: "SSRİ dövründə Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağ və 7 rayon işğal edilib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan tərəfindən etnik təmizlənmə aparılıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğalçı erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması tələbi qoyulub. Ancaq Ermənistan bu tələbləri vecinə almır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mexanizmlərə baxılmalıdır. Bir çox halda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir, bəzi qətnamələrin icrası isə illərlə çəkir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa strukturları da oxşar qərarlar qəbul edib. Lakin Ermənistan o sənədlərə də məhəl qoymur. İşğal olunmuş ərazilərdə məscidlər, abidələr dağıdılır. ATƏT-in göndərdiyi iki faktaraşdırıcı missiyanın hesabatları da bunu təsdiqləyib. Bakıda isə erməni kilsəsi mühafizə olunur". Dövlət başçısı bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Çünki Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir. Keçmiş sovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli pinsipi Dağlıq Qarabağ münaqişəsinə də tətbiq edilməlidir". Dövlət başçısının çıxışından bəlli olur ki, Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasına mane olan qüvvələr var. Daha doğrusu, sözügedən qətnamələrin icrasınə təmin etməli olan qurumlar öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmirlər. Məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması məqsədilə yaradılan və 24 ildəən artıq bir müddətdə fəaliyyət olan ATƏT-in Minsk qrupu hələ ki, heç bir naəliyyət əldə edə bilməyib. Bunun bir səbəbi Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsidirsə, digər vacib səbəbi Minsk qrupunun prinspilasızlıq göstərməsidir. Əslində Minsk qrupunun belə mövqeyi, təzyiq mexanizmlərindən istifadə etməməsi Ermənistan tərəfindən mövsud status-kvonun saxlanmasına şərait yaradır. Bu isə Minsk qrupunun fəaliyyətsiz bir quruma çevrildiyinə dəlalət edir. Xatırladaq ki, Prezident İlham Əliyev ATƏT-ə üzv olan ölkələrin Azərbaycandaki səfirləri ilə görüşündə bildirib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli bu dərəcədə dalana dirənməmişdir. Prezidentin bu mövqeyi də bir daha onu deməyə əsas verirmi ki, doğurdan da, ATƏT-in Minsk Qrupu fəaliyyətsiz bir qurumdur? Millət vəkili Fəzail Ağamalı bildirib ki, ATƏT-in Minsk qrupu faktiki olaraq öz nüfuzunu itirib. Bu qurum öz missiyasını yerinə yetirmir. Bir tərəfdən, böyük dövlətlərin toqquşan maraqları buna imkan vermir, digər tərəfdən isə, ikili standartlar buna mane olur: " Həmsdərlik edən iki böyük dövlətdən biri fəallaşan kimi digəri narahatlıq keçirir, Fransanın isə Minsk qrupunda olub-olmadığı o qədər hiss olunmur. Minsk qrupu 24 il ərzində faktiki olaraq Ermənistanın yanındadır, məhz status-kvonun dəyişilməməsinin başlıca səbəbi də budur. Həmsədr ölkələr status-kvonun dəyişməsinin vacibliyini bəyan ediblər, amma reallıqda həmin dövlətlər ortaya iradə qoymurlar. Ermənistan isə bu şəraitdən istifadə edir. Ermənistana ciddi təzyiqlər göstərilməlidir, işğalçı öz adı ilə çağırılmalıdır, bu ölkəyə ciddi təzyiq və təsirlər göstərilməli, hətta sanksiyalar tətbiq edilməlidir. Necə olur ki, BMT-nin qətnaməsi ilə bütün Qərb Liviyaya hərbi müdaxilə edir, amma bu təşkilatın ölkəmizin işğal edilmiş ərazilərinin azad edilməsi ilə bağlı 4 qətnaməsi olmasına baxmayaraq, Ermənistandan Azərbaycan torpaqlarını boşaltmaq tələb olunmur? Budur Minsk qrupunun əsl siması! Ona görə də biz əlverişli şəraitdə öz hüququmuzdan istifadə edərək işğal edilmiş ərazilərimizi azad etməliyik". Millət vəkili Elşən Nəsirov qeyd edib ki, ATƏT-in Minsk Qrupu 1992-cü ildən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılıb: "Bu günə qədər ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbətə doğru hər hansı bir addım atmayıb. Bunun da səbəbi ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ problemi ilə əlaqədar olaraq hazırladığı müxtəlif təkliflərin işğalçı ölkə olan Ermənistanın qəbul etməməsi ilə bağlıdır. Prezident İlham Əliyev ATƏT-in üzvü olan ölkələrin Azərbaycandaki səfirləri ilə Qəbələdə keçirdiyi görüşündə bütün bu məsələləri açıq şəkildə onların nəzərinə çatdırdı ki, 2011-ci ilin iyun ayından Kazan görüşündən bəri Dağlıq Qarabağ məsələsi ətrafında aparılan danışıqlar prosesi dalana dirənib. Bu münaqişə ilə bağlı bir irəliləyiş yoxdur. Prezident İlham Əliyev haqlı olaraq ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid etdi. İşğalçı ölkə olan Ermənistan isə hər dəfə müxtəlif bəhanələr gətirərək, çalışır ki, status-kvo vəziyyətini qoruyub saxlasın. Ümumiyyətlə, Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrindən danışdı. Burada bütün məhsuliyyəti isə Ermənistanın üzərinə düşür. O cümlədən, Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın mövqeyini bildirdi. Həmin mövqeyin də əsas mahiyyəti ondan ibarətdir ki, yalnız Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək muxtarıyat statusu verilə bilər. Dağlıq Qarabağa müstəqilik verilməsi danışıqlar predmenti olmayıb və olmayacaq". 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31