Ölkə gənclərinə yeni imkanlar yaradılır
Risk qrupuna daxil olan gənclərin sosial adaptasiyası təmin ediləcək Azərbaycanda “Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişiklərin edilməsi nəzərdə tutulur. Artıq yeni qanun layihəsi parlamentin gənclər və idman komitəsində müzakirədən keçib. Təklif olunan dəyişikliyə görə, 18 yaşı tamam olmayan gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi, sağlam gəncliyin formalaşdırılması məqəsədi ilə bir sıra qadağanedici müddəalar nəzərdə tutulur.
16 Noyabr 2016 15:47 SosialRisk qrupuna daxil olan gənclərin sosial adaptasiyası təmin ediləcək
Azərbaycanda "Gənclər siyasəti haqqında" qanuna əlavə və dəyişiklərin edilməsi nəzərdə tutulur. Artıq yeni qanun layihəsi parlamentin gənclər və idman komitəsində müzakirədən keçib. Təklif olunan dəyişikliyə görə, 18 yaşı tamam olmayan gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi, sağlam gəncliyin formalaşdırılması məqəsədi ilə bir sıra qadağanedici müddəalar nəzərdə tutulur.
Məsələn, yeni sənədə əsasən, Azərbaycanda 18 yaşı tamam olmayan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışı və bu məhsullardan istifadəsi, şans və mərc oyunlarda birbaşa və dolayı ilə yolla iştirakı, himayəsində olduğu şəxslərdən ən azı birinin iştirakı olmadan saat 20.00-dan sonra bar, diskoteka və gecə klublarında olmasında iştirakı qadağan edilir. İrəli sürülən əlavə və dəyişiklərə görə, gənclərin mənəvi-əxlaqi tərbiyəsində nəzərə alınması ilə bağlı qanuna bri sıra dəyişikliklər və əlavələr nəzərdə tutulub. Burada əsasən gənclərin dini ekstremist və radikal qruplaşmalara qoşulması ilə bağlı müddəa əksini tapıb. Layihədə istedadlı gənclərə dövlət qayğısı da nəzərdə tutulub. Belə ki, dövlət istedadlı və yaradıcı gənclərin müəyyən edilməsi və inkişafına şərait yaradacaq, yüksək nailiyyət əldə edən gənclərin tanıdılması üçün tədbirlər həyata keçirəcək. Risk qrupuna daxil olan gənclərin isə sosial adaptasiyası ilə bağlı tədbirlər həyata keçirilməsi təmin ediləcək. Sənəddə gənclərə pulsuz ümumtəhsil, pulsuz dərsliklərlə təmin olunma, pulsuz tibbi müayinə, dövlət mülkiyyətində olan idman, sağlamlıq, mədəniyyət obyeklərindən pulsuz istifadə etmək imkanlarının genişləndirilməsi təklif olunur. Ən əsası isə Azərbaycanda Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılır. Daha dəqiq, gənclər siyasətinin həyata keçirilməsinə nəzarət, problemlərin müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı yanında Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılacaq. Komissiya ictimai əsaslarla fəaliyyət göstərəcək və tərkibinə bilavasitə gənclər siyasəti ilə məşğul olan mütəxəssislər, gənclər təşkilatlarının nümayəndələri, istedadlı və yaradıcı gənclər daxil ediləcək. Gənclərin Problemləri üzrə Ekspert Komissiyasının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən ediləcək.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, ölkə başçısının gənclərlə bağlı həyata keçirdiyi çevik və innovativ siyasət mövcud qanuna dəyişikliyi labüd edir. F.Muradov söyləyib ki, qanuna təklif edilən dəyişikliklərlə bağlı müxtəlif yanaşmalar var: ". Layihədə gənclər siyasəti ilə bağlı yeni müddəalar nəzərdə tutulub. Bundan başqa, aztəminatlı gənc, gənc alim, sosial təcridə məruz qalmış gənc kateqoriyaların da qanunda daha geniş şəkildə yararlanmasına diqqət yetirilir. Məşğuluq baxımından hərbi xidmətdə olan, cəzaçəkmə müəssisələrində cəza çəkən, cəzaçəkmə müəssisələrindən azad olunmuş, habelə işdən azad olunmuş gənclərin məşğulluq problemlərinin, iş tapmaqda çətinliklərinin aradan qaldırılması və digər məsələlər öz əksini tapıb". "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov mətbuata açıqlamasında bildirib ki, yeni yaradılacaq Gənclərin Problemləri üzrə Ekspert Komissiyasında gənclərin birbaşa iştirakı çox vacib məsələdir. Çünki həm gənclərin qərar qəbul etmə prosesində, həm də Milli Məclisin Gənclər və idman komitəsi üçün hazırlanacaq yeni qanun layihələrində Gənclərin Problemləri üzrə Ekspert Komissiyası da müsbət rol oynaya bilər. O, Gənclərin Problemləri üzrə Ekspert Komissiyasının gənclər siyasəti sahəsində xüsusi önəm kəsb edəcəyini bildirib: "Gənclərin Problemləri üzrə Ekspert Komissiyasının yaradılması məsələsində Azərbaycandakı gənclər təşkilatlarının rolu xüsusi vurğulanmalıdır. Aparıcı gənclər təşkilatları bu istiqamətdə öz yerlərini tutmalıdır. Ekspert Komissiyasıının gənclər siyasətində rolu müsbət stimul ola bilər". M.Seyidov Milli Məclisin Gənclər və idman komitəsinin son zamanlar gənclər siyasəti sahəsində gördüyü işlərdən də danışıb: "Azərbaycanda gedən son proseslərdən dolayı ali qanunverici orqan olan Milli Məclisdə Gənclər və idman komitəsi yaradılıb. Bu komitənin gənclər siyasəti sahəsində xeyli işlər həyata keçirdiyini, qanunlarla çıxış etdiyini görürük. Komitə Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin daha təkmil, çevik, modern formada inkişaf etdirilməsini qarşısına məqsəd qoyub.Gənclər və idman komitəsi Azərbaycanda gənclər siyasəti ilə məşğul olan qurumlarla birgə Azərbaycan gəncliyinin, aztəminatlı ailələrdən olan gənclərin, gənc alimlərin və digər qrup gənclərin imkanlardan yararlanmasına müsbət təsir edir". "İrəli" sədri vurğulayıb ki, yeni yaranacaq Gənclərin Problemləri üzrə Ekspert Komissiyasının işində aparıcı gənclər təşkilatları yaxından töhfə verə bilər: "Müxtəlif məsələlərlə bağlı araşdırmalar, sorğuların göndərilməsində aparıcı gənclər təşkilatları Gənclərin Problemləri üzrə Ekspert Komissiyası ilə işləyə bilərlər. Düşünürəm ki, Milli Məclisin Gənclər və İdman komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycandakı gənclər təşkilatlarının da iştirakı ilə Gənclərin Problemləri üzrə Ekspert Komissiyası formalaşdıra bilər".
Nurlan