Gündəm
Azərbaycan vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək reytinqə layiq görülüb
Azərbaycan Prezidentinin «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» sərəncamı vergi orqanları qarşısında mühüm vəzifələr müəyyən edib. Vergilər nazirinin müşaviri Riyad Hüseynovla müsahibənin əsas mövzusu nazirliyin beynəlxalq sahədə apardığı işlər barədədir.
Təhsil İdarəsi: Müəllimlər yaxın vaxtlarda gecikmiş maaşlarını alacaqlar
Müəllimlərə əmək haqları ilə yanaşı sentyabr ayı üzrə müəyyən edilən yeni dərs saatlarına görə əlavələr də verilib Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu həftədən etibarən müəllimlərin oktyabr ayı üçün nəzərdə tutulan əmək haqlarını ala biləcəyini açıqlasa da, onların bəziləri bu gün də maaşını almayıb. APA-nın xəbərinə görə, bəzi rayonlar üzrə müəllimlərin əmək haqları hələ də gecikdirilir.
Akif Çovdarov və ailə üzvlərinin son 2 il ərzində xaricdə xərclədiyi pulun məbləği məlum olub
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş idarəsinin həbsdə olan rəisi Akif Çovdarov və ailə üzvləri tərəfindən xarici ölkələrdə xərclədikləri pulun məbləği açıqlanıb.
Mübariz Əhmədoğlu: “Ermənistanın böyük yalan resursu tükənməyə başlayıb”
“Ermənistan rəhbərliyi vətəndaşları, xüsusilə gəncləri insan hesab eləmir” “Ermənilərin Dağlıq Qarabağ siyasəti böyük yalanlar üzərində qurulub”. SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Rüşvət almaqda ittiham olunan nazirə elektron bilərzik taxdılar
Rüşvət almaqda ittiham olunan və məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılan Rusiyanın İqtisadi inkişaf naziri Aleksey Ulyukayevə hərəkətinin izlənməsi üçün elektron bilərzik taxılıb.
Bu xəbər siqaret çəkənləri sevindirəcək
Siqaretdən əvvəl içilən bir şüşə şərab yarana biləcək təhlükənin qarşısını alır. Aile.lent.az-ın independent.com-a istinadən məlumatına görə, alimlər bununla bağlı yeni araşdırma aparıb. Araşdırmanın nəticəsinə görə, şərab arteriya divarlarından Bmikro zərrəciklərin ayrılmasının qarşısını alır.
“Birgə qoşun qruplaşması Qarabağ ərazisində döyüşə bilməz”- Ekspert
“Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri-Rusiya, Fransa, ABŞ zaman-zaman ikili münasibət ortaya qoyub. ABŞ Dağlıq Qarabağdakı separtçı rejimə yardım edir, Fransa ermənipərəst siyasət aparır, Rusiya isə silah verir”. Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi eskpert Emin Həsənli Rusiya ilə Ermənistanın birgə qoşun qruplaşması yaratmasına münasibət bildirərkən deyib.
Məktəb direktorunun həbsi ilə bağlı Təhsil Şöbəsindən AÇIQLAMA
Zərdab Rayon Təhsil Şöbəsi Şahhüseynli kənd orta məktəbinin direktorunun həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Təhsil Şöbəsindən Lent.az-a verilən məlumata görə, Təhsil Şöbəsinin müdirinin müvafiq əmri ilə Şahhüseynli kənd tam orta məktəbin direktoru vəzifəsi həvalə olunan Şirəliyev (Tofiqli) Ceyhun Hafis oğlu noyabrın 14-də saat 23.00 radələrində həmin məktəbin 11-ci sinif şagirdi 1999-cu il təvəllüdlü Abduləliyeva Nərgiz Rəmzi qızı ilə onun yaşadığı evin həyətində söhbət edərkən anası görüb və bu barədə Zərdab Rayon Polis Şöbəsinə məlumat verib.
Şagirdi zorladığı iddia edilən direktorun arvadı evdən getdi
Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin məktəblini zorlaması xəbərindən sonra həyat yoldaşı atasının evinə qayıdıb. Olaylar.az bildirir ki, kənd icra nümayəndəsi Abubəkir İsayev publika.az-a deyib ki, qadın xəbəri eşidəndən sonra iki uşağını da götürüb atasının evinə gedib: "O, namuslu qadın idi, yoldaşının bu əməlini qəbul etmədi. Cəlilabad rayonundandır, iki uşağını da götürüb gedib".
Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib Noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Vidadi Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı təyin edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası fasilədən sonra davam etdirilib.
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilməyib.
Azərbaycan XİN rəhbərlərinin Yerevan görüşündə iştirak etməyəcək
Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Yerevanda keçirilən qeyri-rəsmi görüşündə iştirak etməyəcək.
Donald Trampın nəvəsi Çində məşhurlaşdı - VİDEO
ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş milyarder Donald Trampın 5 yaşlı nəvəsiArabella Çində məşhurlaşıb.
Türkiyə ordusuna şok sayda qəbul elan edilib: 30 min nəfər
Türkiyə Silahlı Qüvvələri 30 159 nəfər hərbçi və mülki şəxsin qəbulunu elan edib. Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə elan Türkiyə Müdafiə Nazirliyinin saytında yer alıb.














