Şagirdi zorladığı iddia edilən direktorun arvadı evdən getdi
Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin məktəblini zorlaması xəbərindən sonra həyat yoldaşı atasının evinə qayıdıb. Olaylar.az bildirir ki, kənd icra nümayəndəsi Abubəkir İsayev publika.az-a deyib ki, qadın xəbəri eşidəndən sonra iki uşağını da götürüb atasının evinə gedib: "O, namuslu qadın idi, yoldaşının bu əməlini qəbul etmədi. Cəlilabad rayonundandır, iki uşağını da götürüb gedib".
16 Noyabr 2016 16:26 SosialZərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin məktəblini zorlaması xəbərindən sonra həyat yoldaşı atasının evinə qayıdıb.
Olaylar.az bildirir ki, kənd icra nümayəndəsi Abubəkir İsayev publika.az-a deyib ki, qadın xəbəri eşidəndən sonra iki uşağını da götürüb atasının evinə gedib:
"O, namuslu qadın idi, yoldaşının bu əməlini qəbul etmədi. Cəlilabad rayonundandır, iki uşağını da götürüb gedib".
C.Tofiqlinin evliliyindən bir oğlu, bir qızı var. Uşaqlar 5-6 yaşlarındadır.