Gündəm

Kafeni qumarxanaya çevirib

16 Noyabr 2016 17:09

Şəki şəhərində qumarxana aşkar edilib. DİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qoxmuq kəndində şəhər sakini Nazim Qasımovun icarəyə götürdüyü "Səma" kafesində qumarxana təşkil etməsi müəyyən edilib. Araşdırma aparılır. 

Dünya xəbər agentliklərinin Bakıdakı V Konqresindən mesaj 

16 Noyabr 2016 17:10

İlham Əliyev: "Ölkədə mətbuat azadlığını və bir çox azadlıqları təmin etmişik" Noyabrın 16-da Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının açılışı olub. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı çıxışı zamanı bildirib ki, belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyuruq:

Oğruluq edənlərdən biri tiutulub, ikisi isə müəyyən edilib

16 Noyabr 2016 17:08

Noyabrın 3-də rayon Goranboy rayon sakini Rəhman Qəhrəmanovun evindən 1600 manat pul və 3300 manat dəyərində qızıl əşyaları quldurluq yolu ilə aparılıb. DİN-dən verilən məlumata görə, Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Sadiq Bağırov tutulub, daha 2 nəfər isə müəyyən edilib.

Oğrunun  cibindən heroin çıxdı

16 Noyabr 2016 17:07

Noyabrın 10-da Bakı şəhər sakini Vüsal Bağırovun cibindən içərisində 370 manat və 100 ABŞ dolları, habelə sənəd olan pul kisəsi oğurlanıb. DİN-dən verilən məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Tofiq Talıbzadə tutulmuşdur. Onun üzərinə baxış zamanı 0,283 qram heroin aşkar edilərək götürülüb. 

Bıçaqla vurulmasını gizlətmək istədi

16 Noyabr 2016 17:06

Noyabrın 9-da Siyəzən rayonunun Zarat kəndindən kənd sakini Samir Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilb. O, izahatında xəsarəti yaşadığı evin damından yıxılması nəticəsində almasını bildirib. DİN-dən verilən məlumata görə,  Siyəzən RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla S.Məmmədova xəsarətin bıçaqla həmkəndlisi Orxan Fərzəliyev tərəfindən yetirilməsi müəyyən edilib və həyata keçirilmiş tədbirlərlə O.Fərzəliyev tutulub.

Atlarımızı niyə xaricə çıxara bilmirik?

16 Noyabr 2016 17:04

"Biz həmişə at cinslərimiz haqqında qürurla danışırıq. Lakin həmin atları biz Avropa ölkələrinə çıxarda bilmirik. Bunun əsas səbəb isə Dünya Heyvanları Sağlamlıq Təşkilatı tərəfindən Azərbaycanın at xəstəliklərindən azad zona kimi qəbul olunmamasıdır”. Bunu Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Atçılıq haqqında” qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

SOCAR-da Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri ilə görüş keçirilib

16 Noyabr 2016 17:03

SOCAR-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri ilə görüş keçirilib.”Olaylar” Socar.gov.az-a istinadən xəbər verir ki, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli tədbiri açıq elan edərək, son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışmış, bu nailiyyətlərdə gənclərin rolunu xüsusi qeyd etmişdir.

SOCAR-ın 2016-cı ilin oktyabr ayı üzrə ödənişləri 

16 Noyabr 2016 17:02

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin oktyabr ayında dövlət büdcəsinə 125 milyon 345 min manat vəsait ödənilmişdir. Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 150 milyon 172 min manat vəsait ödənilib. Şirkətdən verilən məlumata görə, bundan əlavə, bu ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 207 min manat vəsait köçürüb. Qeyd edək ki, bu göstərici ötən ilin oktyabr ayı ilə müqayisədə 1 milyon 9 min manat və ya 109 faiz çox olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 119 milyon 370 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 milyon 949 min manat və ya 103,4 faiz çox olub.

Aynur Camalqızının mülki iddiası niyə təmin olunmur?

16 Noyabr 2016 17:00

“Keçmiş deputat həmkarımız Aynur Camalqızının bir mülki iddiası olub. Onun əmlakını dələduzluq yolu ilə məsimsəyiblər. Həmin şəxs 9 ildir ki, cəza çəkir. Amma bu işin mülki iddia ilə bağlı hissəsi bu 9 il ərzində hələ də məhkəmədə qalır və bununla bağlı qərar verilmir”. 

“Bulla-dəniz” yatağında 125 nömrəli quyu istismara verilib

16 Noyabr 2016 17:00

Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağının şimal-şərq qanadında (II tektonik blok) yerləşən 122 nömrəli özüldən layihə dərinliyi 6200 metr olan 125 nömrəli istismar quyusu istismara buraxılıb.

Azərbaycanda 17 min nəfərə bir vəkil düşür

16 Noyabr 2016 16:58

“Məhkəmələrdə mülki işlərə baxılması səviyyəsi dəhşətli vəziyyətdədir. Məhkəmlər vətəndaşı illərlə süründürməçiliyə salır və nəticədə məsələ də həllini tapmır. Elə olur ki, illərlə davam edən mülki mübahisəli məsələ məhkəmələrin bütün instansiyalarını keçir. İş Ali Məhkəmədə baxılandan sonra təkarar araşdırılma üçün aşağı məhkəmə instansiyalarına göndərilir.

Deputat: “İnternetdə tarixi şəxsiyyətlərimizi təhqir edənlər cəzalandırılmalıdır”

16 Noyabr 2016 16:57

Millət vəkili Məlahət İbrahimqızı internet resurslarında, sosial şəbəkələrdə Azərbaycanın tarixi şəxsiyyətləri təhqir edənlərin də cinayət məsuliyyətinə cəlb olunmasını təklif edib. Onun sözlərinə görə, bu gün təkcə ölkə başçısı, millət vəkilləri, ictimai aktiv insanların təhqir olunması, aşağılanmasının şahidi olmuruq, eyni zamanda Azərbaycanın dünyadan köçmüş tarixi şəxsiyyətlərinin, ziyalılarının, elm adamları, şairləri və digər yaradıcılarının təhqir olunması və aşağılanması ilə bağlı social şəbəkələrdə yetəricə materiallara rast gəlirik:

Multikulturalizm Mərkəzinin Drezden filialında  Beynəlxalq Tolerantlıq Günü qeyd olunub

16 Noyabr 2016 16:55

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialında  16 Noyabr-Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.

AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında memorandum imzalanıb

16 Noyabr 2016 16:53

Noyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandumun imzalama mərasimi keçirilib.

“Əli və Nino” filmi Nyu-York izləyicilərini heyran etdi

16 Noyabr 2016 16:52

15 noyabr 2016-cı il tarixində Nyu-York şəhərində Qurban Səidin müəllifi olduğu və dünya ədəbiyyatının nadir əsərlərindən biri hesab edilən “Əli və Nino” kitabı əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş “Əli və Nino” filminin premyerası baş tutmuşdur. Premyera Nyu-Yorkun məşhur kinoteatrlarından biri olan “Sunshine” kinoteatrında keçirilmişdir.