Aynur Camalqızının mülki iddiası niyə təmin olunmur?
“Keçmiş deputat həmkarımız Aynur Camalqızının bir mülki iddiası olub. Onun əmlakını dələduzluq yolu ilə məsimsəyiblər. Həmin şəxs 9 ildir ki, cəza çəkir. Amma bu işin mülki iddia ilə bağlı hissəsi bu 9 il ərzində hələ də məhkəmədə qalır və bununla bağlı qərar verilmir”.
16 Noyabr 2016 17:00 Sosial"Keçmiş deputat həmkarımız Aynur Camalqızının bir mülki iddiası olub. Onun əmlakını dələduzluq yolu ilə məsimsəyiblər. Həmin şəxs 9 ildir ki, cəza çəkir. Amma bu işin mülki iddia ilə bağlı hissəsi bu 9 il ərzində hələ də məhkəmədə qalır və bununla bağlı qərar verilmir".
Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında deyib. Deputat bildirib ki, bu məsələni dəfələrlə parlamentdə qaldırı:
"Mən bu məsələni Ziyafət Əsfərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunanda da qaldırdım. Bu vəziyyəti normal hesab edirsinizmi? Deməli, bu işin mülki iddiası üzrə birinci instansiya məhkəməsi qərar qəbul edir və Apellyasiya Məhkəməsinə göndərir. O da gedir Ali Məhkəməyə, Ali Məhkəmə də qərarı qəbul edərək yenidən birinci instansiyaya göndərir. İllərlə bu beləcə dövr edir. Axı bizdə 3 məhkəmə instansiyası var. Bu iş nəyə görə bu qədər uzadılır? Axı nəyə görə yuxarı instansiya məhkəmələri işi ləğv edərək, yenidən aşağı instansiyalara göndərirlər? Ali Məhkəmə mahiyyəti üzrə qərar qəbul edib, son hökmü versin. Camaatı bu cür iztirabda saxlamaq olmaz. Buna görə insanlar ürək, şəkər xəstəliyi tapırlar".