Multikulturalizm Mərkəzinin Drezden filialında  Beynəlxalq Tolerantlıq Günü qeyd olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialında  16 Noyabr-Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialında  16 Noyabr-Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə  Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri  Almaz Məmmədov, SlLUB  Kitabxanasinin direktoru  professor  Tomas Burger  və Drezden şəhər meriyasinin  şöbə mödiri  İrma Castillo,  Maissen  səhər meriyasinin  xariçi ölkələrlə iş söbəsinin müdirinin müavini, əslən Bakıdan olan dr. Lora  Valter, Avropa Azərbaycanlilari Konqresinin  Prezidenti  Samira  Patzner-İsmaylova,  Drezden şəhər meriyasinin deputatları, nüfuzlu ictimai xadimləri və Drezden Universitetinin professor -tələbə kontingenti iştirak edib.

Mərasimi BBMM-in Drezden filialının icraçı direktoru dr. Birgit Vaysgerber açaraq  tolerantlığın və multikulturalizmin Azərbaycanda əsrlərə söykənən həyat tərzi və dövlət siyasətində aparıcı xətt olduğunu vurğulayıb.

Filialın müşaviri Ağa Hüseyn Babayev Azərbaycanın multikultural dəyərləri və tolerantlıq ənənələrindən söz açıb.

Tədbirdə vaxtilə Azərbaycanda  Neft Akademiyasının tələbəsi olmuş Jan Gueiber  bakı ilə bağlı xatirələrini bölüşüb.  

Tədbir ədəbi-bədii kompozisiya ilə yekunlaşıb. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31