SOCAR-da Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri ilə görüş keçirilib

SOCAR-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri ilə görüş keçirilib.”Olaylar” Socar.gov.az-a istinadən xəbər verir ki, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli tədbiri açıq elan edərək, son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışmış, bu nailiyyətlərdə gənclərin rolunu xüsusi qeyd etmişdir.

SOCAR-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri ilə görüş keçirilib."Olaylar" Socar.gov.az-a istinadən xəbər verir ki, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli tədbiri açıq elan edərək, son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışmış, bu nailiyyətlərdə gənclərin rolunu xüsusi qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında gənc nəslin beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində Şirkətdə həyata keçirilən layihələrdən danışılmış, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramlarının əhəmiyyəti xüsusi vurğulanmışdır. Daxili Təqaüd Proqramının, SOCAR Yay Məktəbi layihəsinin gənclərin əhatə dairəsinin genişlənməsində, dünyagörüşlərinin artırılmasında, onların neft sənayesi haqqında dolğun informasiya əldə etməsində rolu qeyd olunmuşdur. SOCAR-da ehtiyac duyulan ixtisaslar üzrə istedadlı gənclərin dünyanın aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə Xarici Təqaüd Proqramı üzrə işlərin uğurla davam etdiyi diqqətlə çatdırılmış, bildirilmişdir ki, SOCAR-ın nəzdində peşəkar fəhlə kadrlarının hazırlanması prosesinə başlanılması gənclər arasında peşə təhsilinə marağın artmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxışında qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 114 qeyri-hökumət təşkilatını özündə birləşdirir və ölkədə gənclər siyasətinin təşkil olunmasında mühüm rol oynayır. ARGTMŞ-nı təşkil edən qurumların SOCAR-la sıx əməkdaşlıqda maraqlı olduqları, fəaliyyət mübadiləsinin gələcəkdə sənaye və iqtisadiyyatımızın daha da inkişaf etməsinə şərait yaradacağı vurğulanmışdır. 
"Qaz İxrac" İdarəsinin Ağdaş və Qazax Magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq
Alim \"OLAYLAR"İA\ Noyabrın 16-da saat 10:00-dan 17:00-dək "Qaz İxrac" İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Şəmsəbad", Qazax Magistral qaz kəmərləri sahəsinin "Ağstafa", "Köçəsgər" və "Tovuz" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Dövlət Neft Şirkətindən verilən məlumata görə, təmir müddətində Ağstafa və Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ağdaş rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31